Saat:03:56
Haqqımızda

“Ermənistan dünyanın siyasi xəritəsindən yavaş-yavaş silinir” – Karen Mirzoyan

2024-04-13 14:28:25

“Ermənistan dünyanın siyasi xəritəsindən yavaş-yavaş silinir” – Karen Mirzoyan

"Bu gün Ermənistan nəinki hansısa danışıqlar prosesinin subyekti statusunu itirib, danışıqlar obyektinə çevrilib. Buna paralel olaraq məndə belə bir təəssürat yaranır ki, Ermənistan yavaş-yavaş dünyanın siyasi xəritəsindən yoxa çıxır”,

Hurriyyet.az xəbər verir ki, bunu Qarabağda ötən il ləğv olunmuş qondarma rejimin təmsiçilərindən olmuş Karen Mirzoyan erməni mediasına deyib.

“Ermənistanın Baş naziri öz bəyanatları ilə bir daha sübut etdi ki, o, son illərdə danışıqlar prosesinin sənədləri ilə tanış olmaq imkanı əldə edib. Lakin həmin sənədlərdəki fikirlərin məzmununu və məqsədini anlaya bilməyib” – deyə, o, əlavə edib.

“Danışıqlar prosesinin məqsədi təkcə hər hansı sənədin imzalanmasına nail olmaq deyil, həm də Ermənistanın təhlükəsizliyini və dünyanın siyasi xəritəsində bu gün mövcud olmayan yerini tutmasından ibarət idi", - Mirzoyan qeyd edib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.177034