Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib

2023-03-01 19:58:00

Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib

“Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib”.

Bunu ölkə hökumətinin iclasında baş nazir Nikol Paşinyan deyib.

O bildirib ki, əsasnamə layihəsi bu yaxınlarda Azərbaycana təqdim olunub: “Biz bu sənədə cavab gözləyirik”.

Hökumət başçısının sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üzrə işin 3 mərhələsi artıq geridə qalıb: “Onu da deyim ki, təkliflərin mübadiləsi istiqamətində işlər həmişə üzbəüz görüşlər tələb etmir”.

Xatırladaq ki, N.Paşinyan fevralın 16-da hökumətin iclasında bəyan etmişdi ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdırıb. O söyləmişdi ki, Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.185018