Saat:19:24
Haqqımızda

Ermənistan COP29-da iştirak edəcək? - XİN rəsmisi

2024-11-13 10:45:34

Ermənistan COP29-da iştirak edəcək? - XİN rəsmisi

COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.