Saat:20:16
Haqqımızda

Ermənistan çalxalanır: Paşinyan təcili iclas keçirir

2024-04-29 19:57:30

Ermənistan çalxalanır: Paşinyan təcili iclas keçirir

Tavuş vilayətinin qubernatoru Vahe Qalumyan bu dəqiqələrdə Ermənistan hökumətinin binasına gəlib. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək çox sürətlə binaya daxil olub.

Hurriyyet.Az-ın News.az-a istinadla məlumatına görə, təxminən 10 dəqiqə sonra 10 nəfər Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bundan əvvəl bildirilib ki, Nikol Paşinyanın bu gün İrəvanda Xeryimli (Kirants-red.) sakinləri ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, Qazaxın 4 kəndinin - Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) Azərbaycana qaytarılması qərarından sonra Ermənistanın Tavuş bölgəsində və İrəvanda etiraz aksiyaları keçirilir. Ermənistandakı "Qarabağ klanı" hər vəchlə iki ölkə arasında əldə olunan razılaşmanı pozmağa çalışır. \\BakuPost

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.166356