“Ermənistan bu cür imkanı qaçırdı” - Lavrov

2022-12-23 16:23:00

“Ermənistan bu cür imkanı qaçırdı” - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanın Moskvada bu gün keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak etməkdən imtina etməsinə münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, Lavrov bu barədə Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə danışıb.

“Biz bu tədbirə hazırlaşırdıq, lakin Ermənistan tərəfi son anda Moskvaya gəlməkdən imtina etdi. Təəssüf ki, bu cür imkan qaçırıldı. Yerdə hansısa məsələlər yarana bilər, düşünürəm ki, mütəmadi olaraq görüşmək, razılaşmaq, etimadı gücləndirmək və bütün məsələlərin nizamlanması üçün zəmin yaratmaq lazımdır”, - deyə Lavrov qeyd edib.

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.156233