Saat:15:18
Haqqımızda

"Ermənistan "Brüssel" və "Vaşinqton" formatında maraqlı olmadığını ortaya qoydu" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-09-01 13:44:09

"Rəsmi İrəvan sərhəddə strateji yüksəklikləri ələ keçirib, danışıqlarda Azərbaycana qarşı mövqelərini gücləndirməyi, "status" məsələsini danışıqlar masasına gətirməyi planlayır"

"Ermənistanın Azərbaycanla şərti sərhəddə hərbi təxribatalara getməsi gözlənilən idi. Belə ki, rəsmi İrəvan Hindistan və Fransadan artilleriya vasitələrini tədarük etməsi, həmçinin İrandan verilən PUA-lar vasitəsilə sərhəddə strateji yüksəklikləri ələ keçirib, danışıqlarda Azərbaycana qarşı mövqelərini gücləndirməyi planlayır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, Ermənistan bununla Qarabağla bağlı "status" məsələsini növbəti dəfə danışıqlar masasına gətirmək niyyətindədir: "Düşünürəm ki, Ermənistan artilleriya vasitələrindən istifadə edərək, bu kimi hərbi təxribatlarını davam etdirəcək. Ermənistan bununla "Brüssel" və "Vaşinqton" formatında maraqlı olmadığını ortaya qoydu. Ermənistanla ilin axırına kimi danışıqlarda hər hansı bir müsbət irəlləyiş gözlənilmir".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri əlavə edib ki, Ermənistanla sülh müqaviləsi Azərbaycan Qarabağdan silahlı erməni birləşmələrini tam çıxardıqdan və Xankəndidə nəzarəti bərpa etdikdən sonra mümkün ola bilər.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.261126