Saat:07:03
Haqqımızda

ERMƏNİSTAN AZƏRBAYCANLA SƏRHƏDƏ QOŞUN YIĞIR - Müdafiə Nazirliyindən açıqlama / VİDEO, YENİLƏNİB

2024-03-31 11:06:22

ERMƏNİSTAN AZƏRBAYCANLA SƏRHƏDƏ QOŞUN YIĞIR - Müdafiə Nazirliyindən açıqlama / VİDEO, YENİLƏNİB

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.

Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.

Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir.

***

Bu saatlarda Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydı alınıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistandakı mənbələrə istinadən sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.

Həmin görüntüləri təqdim edirik:

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.201684