"Ermənistan Azərbaycanın yeni hərbi əməliyyatlar keçirməsinə zəmin yaradır" - ZAUR MƏMMƏDOV

2022-09-23 12:43:00

"Paşinyan verdiyi vədlərə əməl edilməməsinin həm Azərbaycan, həm də Rusiya tərəfindən cəzalandırılması riskini də çox yaxşı bilir"

"Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışı və Blinkenlə görüşləri onu deməyə əsas verir ki, o, yeni müharibənin başladılmasını və ardınca Rusiyanın Ermənistandan çıxarılmasını hədəfləyir. Paşinyan çıxışında bütövlüklə Azərbaycanı dünya qarşısında aqressor kimi qələmə verib. Çıxışı zamanı Paşinyan Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə günahlandıraraq Bakının sülhü hədəfləmədiyini qeyd edib". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Politoloqun sözlərinə görə, Paşinyan ABŞ və Qərbin xoşuna gəlmək üçün son hadisələri Azərbaycanın Ermənistandakı demokratik suveren dövlət quruculuğunu boğmaq kimi dəyərləndirib: "Eyni zamanda, bu fonda Rusiyanı fəaliyyətsizlikdə ittiham edib. Bu azmış kimi, Nikol sərhəddə monitorinqin aparılması üçün beynəlxalq müşahidəçilərinin cəlb edilməsinin vacibliyinə toxunub. Paşinyan üçtərəfli bəyanatda Zəngəzura məhz dəhliz statusunun verilməsi ilə bağlı ifadənin olmamasını da bəyan edib. Nikol Paşinyanın Nyu Yorkdakı çıxışı müharibə riskini artıran çıxış kimi yadda qaldı. Ermənistan demarkasiya və dəhliz məsələsində nəticəyə hazır olmadığını sübut etmiş oldu. Halbuki, müxtəlif mənbələrin məlumatına görə, 9 noyabr tarixində yazılı şəkildə Üçtərəfli Bəyanat kimi öhdəlikdən başqa Paşinyanın Putinə verdiyi "kişi sözü" də var. Həmin şifahi razılaşmaya görə, daxili auditoriyanı çaşdırmaq üçün Bəyanatda "maneəsiz" ifadəsi yer almışdı və anklavlar məsələsi ikinci versiyada sənəddən çıxarılmışdı. Paşinyan anklavlar da daxil olmaqla tez bir zamanda demarkasiyaya gedəcəyini və koridor statusunda Zəngəzur xəttini açaçağına söz vermişdi".

Bakı Politoloqlar Klubunun rəhbərinin fikrincə, belə görünür ki, Ermənistan ərazisində Rusiya faktorunu minimallaşdırmaq və ABŞ-ın Qafqazdakı əsas dayaq nöqtəsi olmasını hədəfləyir: "Paşinyan verdiyi vədlərə əməl edilməməsinin həm Azərbaycan, həm də Rusiya tərəfindən cəzalandırılması riskini də çox yaxşı bilir. Beləcə, Ermənistan Azərbaycanın Naxçıvana və Göyçə gölünə qədər hərbi əməliyyatlar keçirməsinə zəmin və şərait yaradır. Xadırladım ki, 1920-ci ildə Ararat Respublikası SSR-nin tərkibinə daxil olarkən Qərbi Zəngəzur və Göyçə bölgələri Azərbaycan ərazisi idi və sərhəd xətti qərbdə idi. Hər halda, son hadisələr ABŞ, Aİ, İran, Türkiyə, Rusiya arasında Qafqaz uğrunda mübarizəni qızışdırır və regionu qeyri-sabit nöqtəyə çevirə bilər. Paşinyanın yürütdüyü siyasət qanların axıdılmasına yönəlib. O, bölgədə ikinci cəbhə açaraq Ermənistanı birdəfəlik Qərbə inteqrasiya etmək niyyətindədir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061177