Ermənistan Azərbaycanın şərtlərini qəbul edib: Sülh müqaviləsində nələr əks olunacaq? - AÇIQLAMA + VİDEO

2022-09-01 22:10:00

Ermənistan Azərbaycanın şərtlərini qəbul edib: Sülh müqaviləsində nələr əks olunacaq? - AÇIQLAMA + VİDEO

Ermənistan Azərbaycanın şərtlərini qəbul edib. Dördüncü Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində işləmək üçün qrupların yaradılması ilə bağlı razılıq əldə olunub.

Baku TV-yə danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov post-münaqişə dövründə iki ölkə arasında mühüm sənəd olacaq sülh müqaviləsində nələrin əks olunacağına münasibət bildirib.

“İlk növbədə ərazi bütövlüyü, suverenliyi iki ölkənin müstəqilliyi əks olunmalıdır. Sülh müqaviləsinin məqsədi ondan ibarətdir ki, qarşı tərəflə normal qonşuluq siyasəti qurulsun. O cümlədən müqavilədə birmənalı olaraq demarkasiya, delimitasiya, dəhlizlərin açılması, nəqliyyat sisteminin yaradılması öz əksini tapmalıdır. Ermənistanın rəhbəri bu müqavilənin onlar üçün sərfəli olduğunu anlasa danışıqlar daha tez bitə bilər”, - deyə sabiq nazir qeyd edib.

Daha ətraflı süjetdə:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057883