"Ermənistan Azərbaycana qarşı yeni siyasi ssenari planlaşdırır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Qarabağı tərk edən ermənilərin sayının şişirdilməsi, bununla bağlı yalan informasiyanın verilməsi həmin planın bir hissəsidir"
"Ermənistan Qarabağı tərk edən ermənilərin sayını 47 mindən artıq qeyd edir. 10 mindən artıq silahlı erməni birləşmələri ərazidə var idi. Onların hər biri tərk edəcək". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, Ermənistanın bu kimi yalan informasiya verməsi, əhali sayını şişirtməsi Azərbaycana qarşı planlaşdırılan yeni siyasi ssenarinin bir hissəsidir: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması fonunda İrəvan üzərinə öhdəlik götürərək, Azərbaycana qarşı bu amildən istifadə etməməlidir. Qarabağı tərk edənlər Azərbaycan Konstitusiya quruluşunu qəbul etməyənlərdir. Kim qəbul etmirsə, çıxıb gedə bilər. Düşünürəm ki, Ermənistanın bu istiqamətdə siyasəti də müsbət nəticə verməyəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az