Saat:04:31
Haqqımızda

Ermənistan Azərbaycan və Türkiyə ilə birləşdirən bütün yolları açmağa hazırdır

2024-04-30 18:00:43

Ermənistan Azərbaycan və Türkiyə ilə birləşdirən bütün yolları açmağa hazırdır

Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Miroyan "Əl Cəzirə" telekanalına müsahibəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bəyan edib.
Mirzoyan deyib: "Biz təkcə Azərbaycan deyil, Türkiyə ilə də bütün regional nəqliyyat infrastrukturunu açmağa hazırıq. Anlayırıq ki, bu layihə Şərqin Qərb ilə, Şimalın Cənub ilə birləşməsinə kömək edəcək və əgər reallaşarsa, İran körfəzi ölkələrinin  Qara dəniz iqtisadi bölgəsi ölkələri ilə birləşməsi üçün daha bir maraqlı üsul olacaqdır. Bu konsepsiyaya görə, yolların açılması ölkələrin suverenliyinə tam hörmətlə, həmçinin bərabərlik və qarşılıqlı münasibət prinsiplərinə uyğun şəkildə baş tutmalıdır".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.185555