Saat:10:44
Haqqımızda

Ermənistan "ayıldı" - Bakının təklifi əladır

2021-12-01 22:07:00

Ermənistan

Gorus-Qafan yolunda yanacaq məntəqəsi açan azərbaycanlıların qiyməti ucuz edəcəyini təxmin edirəm. Çünki Ermənistan mane olmasa, İran maşınları yalnız o yolla hərəkət edəcək və yanacağı da ordan alacaqlar.

Bu sözləri müxalif “Ermənistan” blokunun deputatı Vahe Akopyan mediaya açıqlamasında deyib.

O bildirib ki, Gorus-Qafan yolu iranlılar üçün bir neçə səbəbdən cəlbedicidir:

“O yol genişdir, yüklənməyib, yolda ucuz yanacaq var...”

Qeyd edək ki, SOCAR-ın Gorus-Qafan yolunda yanacaq məntəqəsi açması Ermənistanda ciddi narahatlıq yaradıb. Bir çox ekspertin fikrincə, Azərbaycan daha tez və daha rahat, geniş yolla mənzil başına çatmaqla bərabər, ucuz benzin də təklif edir. Əsas “narahatlıq” isə ermənilərin də bu yoldan istifadəsinə meyillənməsidir. Çünki SOCAR-ın təklif etdiyi qiymətlər Ermənistandakı yanacaq qiymətlərindən az qala iki dəfə ucuzdur. \\Kanal

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR