Ermənistan Avropa İttifaqına nə vaxt daxil olacaq? - Açıqlama

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Ermənistanı öz tərkibinə daxil etməyə tələsmir.
Avropa Parlamentinin deputatı Nils Uşakovs bunun üçün zaman və müvafiq islahatların gərək olduğunu söyləyib.
"Armenpress" nəşrinin yazdığına görə, Uşakovs bu sözləri Ermənistan-Aİ Parlament Əməkdaşlığı Komitəsinin dördüncü iclasından sonra keçirilən mətbuat konfransında söyləyib. Deputat deyib: "Ermənistanın Avropa İttifaqına nə bu ilin axırında, nə də gələn il daxil olmayacağı aşkardır. Bu proses zaman və müəyyən qədər səy tələb edir".
Onun sözlərinə görə, islahatlar ölkəni möhkəmləndirəcək, gələcək barəsində daha qəti qərarlar vermək imkanı yaradacaq.
Qeyd edək ki, Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması barəsində layihəni birinci oxunuşda qəbul edib.
Hürr Tərcüman
