Ermənistan atəşin dayandırılması barədə razılığı pozdu – YENİLƏNİB

2022-09-13 10:11:00

Ermənistan atəşin dayandırılması barədə razılığı pozdu – YENİLƏNİB

Ermənistanla Azərbaycan sentyabrın 13-ü saat 9:00-dan etibarən atəşin dayandırılması barədə razılığa gəlmişdilər.

Razılığa baxmayaraq, Ermənistan təxribatlarını davam etdirir və Azərbaycanın dövlət sərhədi istiqamətində mövqelərimizi atəşə tutur.

***

Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. 

Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edib.

“Razılaşmaya düşmən tərəfinin necə riayət edəcəyini müşahidə edəcəyik”, - deyə məlumatda qeyd olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069434