“Ermənistan Aİ-ni seçdi” – Rusiyadan açıqlama

2023-01-26 20:02:00

“Ermənistan Aİ-ni seçdi” – Rusiyadan açıqlama

Ermənistan fikrini dəyişən anda KTMT dərhal missiya göndərə bilər

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF XİN Ermənistanın Avropa İttifaqının xeyrinə seçim elədiyini bəyan edib.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilir ki, rəsmi İrəvan Kollektv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının istiqamətindəki işi məntiqi nəticəyə çatdırmadan Avropa İttifaqının xeyrinə seçim edib.

RF XİN-in 26 yanvar tarixində yayılan açıqlamasında Ermənistanın Azərbaycanla sərhəd rayonlarına Avropa İttifaqının mülki monitorinq missiyasının göndərməsi məsələsinə toxunularaq deyilir: “Qeyd edirik ki, İrəvanda KTMT missiyası üzrə istiqamətdə işi məntiqi nəticəyə çatdırmadan Aİ-nin xeyrinə seçim eləməyə üstünlük verdilər”.

Açıqlamada deyilir: “Erməni müttəfiqlərimizin KTMT potensialından istifadə marağı olarsa, təşkilatın missiyası operativ şəkildə Ermənistanda yerləşdirilə bilər”.

RF XİN hesab edir ki, Aİ-nin nəyin bahasına olursa-olsun Ermənistanda yerini möhkəmləndirmək cəhdləri ermənilərlə azərbaycanlıların əsas maraqlarına zərbə vura bilər.

“Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda yerini möhkəmləndirmək cəhdləri Rusiyanın vasitəçilik səylərini sıxışdıracaq və ermənilərlə azərbaycanlılarının regionun dinc inkişafına qayıtmaq yolundakı əsas maraqlarına zərbə vurmağa qabildir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.167576