Ermənistan 8 kəndi hələ də işğal altında saxlayır - İlham Əliyev
2022-12-24 09:30:00
.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını bildirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Emmanuel Makron isə Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Bundan əlavə, Prezident İlham Əliyev regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyinə toxunaraq, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə fəaliyyətlərin təəssüf doğurduğunu diqqətə çatdırıb.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya