Saat:22:53
Haqqımızda

Ermənilərin yaşaması mümkün olmayan torpaq parçası...

2022-08-10 15:35:00

Ermənilərin yaşaması mümkün olmayan torpaq parçası...

Laçın dəhlizi Qarabağda qalan ermənilər üçün yol olmaqla yanaşı, həm də qaz, elektrik, internet xətlərinin keçdiyi infrastukrut marşrutudur. Dəhliz bu kommunikasiya xətlərinin olmadığı yeni yola köçürüldükdə ermənilər bundan məhrum olacaq.

Əlbəttə, onlar təkcə bunlardan məhrum olmaqla qalmıyacaqlar. Elektrik enerjisi, müharibədən sonra separatçıların işğal dövründə nəzarət etdiyi 31 SES-dən 29-u ordumuzun nəzarətinə keçib, elektrik təminatı böyük ölçüdə Laçın dəhlizi üzərindən təmin edilirdi. Bu da o deməkdir ki, separatçılar “alternativ”lərinin olduğunu iddia etsə də, ehtiyaclarını 2 SES-lə təmin etmək çətin olacaq. Xankəndidə elektrik enerjisinin verilməsində fasilələrin yaranması da bunu deməyə əsas verir. Səhərin elektrik enerjisinin müəyyən hissəsi də Şuşa yarımstansiyasından verilir.

Təbii qaza gəldikdə, bu ilin mart ayında Xankındinin qaz təminatında yaranan problemdən sonra, Azərbaycan bu istiqamətdə nəzarətini gücləndirdi. Laçın dəhlizindən keçən qaz infrastrukturunun dayanması isə bu məsələdə də ermənilərin ciddi çətinliklə üzləşəcəyindən xəbər verir.

Dəhlizin istiqamətinin dəyişməsindən sonra ermənilərin qaldığı ərazilər onlar üçün yaşaması mümkün olmayan torpaq parçasına çevriləcəkdir.

Düzdür, Allah çox səxavətlidir, amma “arpa əkənə də, buğda verməz”.

Onlar üçün gözlənilməyən hadisə öz qazdığları quyuya özlərinin düşmələri idi. Tərxan Quluyevin də dediyi kimi:

Düşünürəm, bu dünyanın halını,

Heç yaxşı görmürəm,

Bən-adəm əhvalını.

Hər kəs özün doğru deyə anır,

Öz qazdığı quyuya düşən də,

Özünü Hz.Yusif sanır...

Nərmin ƏZİMLİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR