Saat:01:10
Haqqımızda

“Ermənilərin təqdim etdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır“ - Ceyhun Bayramov

2021-09-27 17:05:00

“Ermənilərin təqdim etdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır“ - Ceyhun Bayramov

Azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə ən böyük maneə ermənilərin işğal dövründə həmin əraziləri minalamasıdır.

Hurriyyet.az xəbər verir ki, Yenisabah.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, münaqişənin artıq keçmişdə qaldığını nəzərə alaraq Azərbaycan üçün hazırda bir nömrəli məqsəd uzun illər ərzində işğal altında olan torpaqların ən qısa zamanda tam bərpa edilməsi və insanların öz ata-baba torpaqlarında yenidən məskunlaşmasının təmin edilməsidir:

“Bununla bağlı bir çox istiqamətlərdə çox fəal işlər gedir. Burada işləri çətinləşdirən məqamlardan biri ərazilərin çox ağır formada minalanmasıdır. 8 aya yaxın bir müddət ərzində Ermənistan üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq mina xəritələrini verməkdən imtina edirdi və belə bir xəritələrin olmamasını iddia edirdi. 8 aydan sonra 3 bölgə ilə bağlı mina xəritələri Azərbaycana təqdim edildi və özlərinin verdikləri xəritələrə əsasən həmin ərazilərdə piyada və tank əleyhinə 200 minə yaxın minanın olması bildirildi. Digər bölgələrlə bağlı isə mina xəritələri hələ də təqdim edilməyib. Verilmiş mina xəritələrinin keyfiyyəti çox aşağıdır, təxminən 25 faizi faydalı hesab oluna bilər. Təbii ki, bu məqamlar orada aparılan quruculuq işlərinə mənfi təsir edir".

Nazir qeyd edib ki, bütün bunlara baxmayaraq, bir ildən az olan bir müddət ərzində azad edilmiş ərazilərdə çox böyük işlər görülüb:

"8 ay ərzində Füzuli şəhərində beynəlxalq hava limanı tikilib başa çatdırılıb və artıq ilk uçuşlar həyata keçirilib. Hazırda 13 istiqamətdə avtomobil yolları inşa edilir, Zəfər yolu istifadəyə verilib, elektrik xəttləri çəkilir və bu işlər davam etdirilir, Ağdamın Baş planı təsdiq edilib və işlərə başlanılıb. Bir sıra yaşayış məntəqələrində ağıllı kənd layihələri həyata keçirilir. Azərbaycan bərpa işlərinin sürətlə aparılmasında çox israrlıdır. Biz dost və qardaş ölkələrlə əməkdaşlıq edirik və təbii ki, bu işlərdə qardaş Türkiyə şirkətləri ilk yerdə qərarlaşıb və bu işlər uğurla davam etdirilir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR