Saat:05:59
Haqqımızda

Ermənilərin Suriyadan Qafqaza köçü davam edir

2025-05-22 17:37:08

Ermənilərin Suriyadan Qafqaza köçü davam edir

Hurriyyet.az xəbər verir ki, 2025-ci ilin birinci rübündə 448 nəfər Suriya ermənisinə rüsum haqqı ödənilmədən Ermənistan vətəndaşlığı verilib.
Mayın 22-də keçirilən iclasda Ermənistan hökuməti Hələb və Dəməşqdə Ermənistan vətəndaşı pasportu almış şəxslərə dövlət rüsumunun ödənilməsi üçün 27 milyon 160 min dramın ayrılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Ermənistan Respublikası Hökumətinin qərarına əsasən, vətəndaşların həyatı və ya sağlamlığı üçün təhlükə törədən fövqəladə vəziyyətdə daimi yaşayan (xarici dövlətdə) Ermənistan vətəndaşları və ya erməni millətindən olan əcnəbi vətəndaşlar xarici dövlətlərdə etibarlı olan pasportların verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu ödəməkdən azaddırlar.
Bu ilin birinci rübü ərzində xarici ölkələrdə etibarlı olan 448 pasport heç bir dövlət rüsumu alınmadan verilib. Ermənistan Respublikasının Dəməşqdəki səfirliyi (205 halda) və Ermənistan Respublikasının Hələbdəki Baş Konsulluğu (243 halda) tərəfindən bu şəhərlərdəki Ermənistan Respublikası vətəndaşlarına, habelə Ermənistan vətəndaşlığını qəbul etmiş və ilk dəfə Ermənistan pasportu almaq üçün müraciət etmiş erməni əsilli xarici vətəndaşlara pasport verilib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.166670