Ermənilərin gecə terroru: Azərbaycan ordusu əks-hücuma keçir?

2023-09-19 11:58:11

Ermənilərin gecə terroru: Azərbaycan ordusu əks-hücuma keçir?

“Ötən gün Xocavənddə baş verən hadisə son həftələrdə baş verən ikinci belə bir hadisədir ki, Azərbaycan ordusunun düşməndən azad etdiyi ərazilərdə təmizləmə aparmasından sonra terrorçular bu cür terror aktları həyata keçirib mina basdırırlar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, bu gecə Xocavənd rayonunda qanunsuz erməni silahlıları tərəfindən basdırılan mina nəticəsində həlak olan 2 vətəndaşımıza qarşı həyata keçirilən terror aktından söz açıb.

Xatırladaq ki, Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində baş verən qəzada 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviç yeni basdırılmış minaya düşərək həlak olub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cinayət işinin başladığı qeyd olunub.

Ü. Cəfərov isə xatırladıb ki, keçən dəfə bir hərbi qulluqçumuz bir erməni minasının qurbanı oldu:

“Yəqin ki, o terrorçular Rusiya sülhməramlıların “xeyir-dua”sı, yaxud bu məsələyə göz yumması nəticəsində mina basdırmışdılar. Bu dəfə də terrorçular tank əleyhinə mina basdırıblar və səhər saatlarında “Azəravtoyol” ASC-yə məxsus olan yük avtomobili düşüb və 2 mülki şəxsimiz dünyasını dəyişib.

Əlbəttə ki, bu məsələlərin qarşısının alınması üçün Azərbaycan mütləq mənada cəzalandırma əməliyyatını həyata keçirməlidir. Əgər DTX bu işlə məşğuldursa, deməli, bu, sırf dövlətimizə və vətəndaşlarımıza qarşı terrordur. Bunun qarşısının alınması üçün lazımi addımlar atılmalıdır və düşünürəm ki, atılacaq. Çünki separatçıların son davranışları onu deməyə əsas verir ki, bunlar yenə də başından yekə hərəkətlər edirlər, Azərbaycana qarşı hədyanlar səsləndirirlər, hansısa absurd fikirlər irəli sürürlər”.

Polkovnik düşünür ki, qeyri-qanuni silahlı birləşmələr zərərsizləşdirilməlidir:

“Əminəm ki, ruslar bunu etməyəcək, mən buna varlığım qədər inanıram. Çünki separatçılar son günlər Şuşa istiqamətində atəş açmışdı, Ağdam istiqamətində minalar basdırmışdı, indi də Xocavəndə baş verən bu hadisə... Ona görə də bunun qarşısı alınmalıdır və mütləq şəkildə rəhbərlik buna qərar verəcək. Qərarın nədən ibarət olmasını deyə bilmərəm, lakin DTX bu məsələ ilə əlaqədar cinayət işi açıbsa, deməli, müvafiq qərarlar veriləcək”.

Ehtiyatda olan mayor Ədalət Verdiyevə görə isə bu hadisədən sonra heç nəyi istisna etmək olmaz:

“Minanın basdırılması barədə xəbərlər bu gün dərc olunub. Hesab edirəm ki, DTX bunu araşdırıb tam müddəti, şəraiti aydınlaşdırandan sonra aidiyyəti qurumlarımız zəruri cavabı verəcək”.

O, əmin edib ki, biz ilk dəfə deyil ki, bu fəaliyyətlərlə rastlaşırıq:

“Eyni fəaliyyətlər, demək olar ki, son 35 il ərzində fasiləsiz olaraq baş verib. Bu gün Azərbaycanın prioritetləri arasında erməni silahlılarının və onlara məxsus silah-sursatların Azərbaycan ərazilərindən çıxarılması, eləcə də nəzarətsiz zonaların qalmayacağı məsələsidir ki, b uda dəfələrlə elan olunub. Sadəcə olaraq, antiterror əməliyyatının keçirilməsi artıq zaman məsələsidir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141868