"Ermənilərin bolşevik-kommunist birinin adını "müqəddəsləşdirmək" cəhdi ifşa olunmalıdır" - NATİQ CƏFƏRLİ

"Bu məsələ ilə bağlı müxtəlif dillərdə kreativ və informativ video-çarxlar, məlumatlar hazırlayıb yaymaq lazımdır"
"Əsasən Rusiyadan, amma həm də dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərə müsahibələrimdə, beynəlxalq tədbirlərdə ermənilərlə diskussiyada həmişə onlar "Stepanakert", mən Xankəndi deyirəm. Həm də izah edirəm ki, ay adamlar, "Stepanakert" qədim ad deyil, tarixi önəm daşımır, kommunist-bolşevik liderlərindən birinin adıdır, onun adını əbədiləşdirmək üçün SSRİ tərəfindən atılmış addımdır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, bunu tək xaricilər yox, hətta gənc erməni siyasi-ictimai adamlar da bilmir: "Beyinlərinə salıblar ki, bu hansısa qədim erməni məkanıdır, hansısa qədim erməni xadimin adı verilmiş şəhərdir. Xankəndi adı isə 17-18-ci əsrdən tarixi sənədlərdə qeyd edilib".
REAL-ın icra katibi hesab edir ki, bu məsələ ilə bağlı müxtəlif dillərdə kreativ və informativ video-çarxlar, məlumatlar hazırlayıb yaymaq lazımdır: "Bolşevik-kommunist birinin adının ermənilərin "müqəddəsləşdirmək" cəhdi ifşa olunmalıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya