Saat:21:43
Haqqımızda

Ermənilərin 60%-i Azərbaycana qarşı silahlanmağı zəruri hesab edir - RƏY SORĞUSU

2022-11-30 11:25:00

Ermənilərin 60%-i Azərbaycana qarşı silahlanmağı zəruri hesab edir - RƏY SORĞUSU

Ermənistan sakinlərinin 59,4%-i hesab edir ki, Azərbaycana qarşı silahlanmaq, ona layiqli cavab vermək və ölkə ərazisini qorumaq lazımdır.

Hurriyyet.az moderator.az-a istinadla xəbər verir ki, bunu “Gallup International”ın keçirdiyi sorğu sübut edir.

Bununla yanaşı, respondentlərin 14,1%-i dinc danışıqlar prosesinin intensivləşdirilməsinin zəruri olduğunu düşünür. Eyni zamanda, 10% Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Qərb ölkələrinə, 8,8% isə Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün Rusiyaya üz tutmağın zəruri olduğunu düşünür. 5%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Telefon sorğusu noyabrın 2-dən 12-dək aparılıb və 1100 vətəndaş iştirak edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR