Saat:10:41
Haqqımızda

Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT: Seperatçıların Qarabağda hərbi təlimi…

2022-01-20 10:15:00

Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT: Seperatçıların Qarabağda hərbi təlimi…

Son günlər internetdə separatçılara aid bir video yayılıb. Belə ki, Azərbaycanın Qarabağ İqtisadi Rayonunun Rusiya sülhməramlılarının müvəqətti məsuliyyət zonasına aid hissədində qanunsuz erməni silahlılarının hərbi təlimi baş tutub.

Hər halda görüntülərin yayılma tarixinin göstərilməməsi ilk təəssürat olaraq bu fikiri yaradır. Halbuki, üçtərəfli bəyanata görə onlar tərkisilah olunmalıdır:

“Əgər təlim baş veribsə, sözün əsl mənasında bu, Azərbaycanın suverenliyinə qarşı çevrilmiş təxribatçı bir hərəkətdir. Üçtərəfli bəyanatın 4-cü bəndində separatçıların ərazidən çıxarılması, tərkisilah olunması şərti olduğu halda, qanunsuz erməni hərbçilərinin həmin ərazidə qalması, üstəlik təlim keçirməsi böyük bir skandaldır”, – deyə yayılan xəbərə münasibət bildirən eks dövlət müşaviri Qabil Hüseynli əlavə edib ki, belə qanunsuzluqların edilməsi Azərbaycanın suverenliyinə qarşı avantüradır.

Hurriyyet.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında professor bildirib ki, bu xəbərin həqiqiliyi təsdiqlənərsə, Azərbaycan Rusiyaya nota ünvanlamalıdır.

Qeyd edək ki, əsasən “Telegram” kanallarında yayılan video və xəbərə Ermənistanın xəbər agentliklərində rast gəlmədik. Hətta “Artsax” xəbərlərinə daha çox köklənən “aysor”, “armenpress” kimi saytlar da bu barədə informasiya bölüşməyiblər.

Ekspertlərin fikrincə, ermənilər bu tip feyk xəbərlərlə informasiya savaşı aparırlar. Bunun isə 2 əsas məqsədi var:

1. Böyük Qayıdışa hazırlaşan azərbaycanlılarda qorxu yaratmaq

2. Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirmək (Bu istiqamətdə İrəvanın Almatı cəhdi uğursuz alınıb)

Bu səbəbdən, belə mövzularda Müdafiə Nazirliyi və XİN-in yaydığı informasiyalara əsaslanmaq daha faydalıdır.

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR