Saat:01:55
Haqqımızda

Ermənilərdən ÇIXMAYAN İŞ: Lavrovu YIXIB-SÜRÜDÜLƏR

2022-12-02 00:12:00

Ermənilərdən ÇIXMAYAN İŞ: Lavrovu YIXIB-SÜRÜDÜLƏR

Lavrovun bugünkü açıqlamalarından sonra erməni mediası qəzəbindən “kükrəyir”.

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov brifinq keçirib. Brifinqdə Qarabağla bağlı jurnalistlərin bir sıra suallarını cavablandırıb.

Lavrovun açıqlamaları erməni mediasını yenidən silkələyib. Onlar Lavrovu, ümumiyyətlə, Rusiyanı ittiham etməyə başlayıblar.

“Sergey Lavrov Rusiyanın siyasi fərsizliyini kinli şəkildə Ermənistana ötürməyə çalışır.

Lavrov çıxışında deyib ki, sülh müqaviləsinin Rusiya variantını Azərbaycan qəbul etməkdən imtina edib və Qarabağın statusu ilə bağlı ifadənin Bakı üçün qəbuledilməz olduğunu əsas gətirib.

Ermənistan isə rəsmi səviyyədə dəfələrlə bəyan edib ki, Rusiya Federasiyasının təklifləri bizim üçün 100% məqbuldur. Bu iki halın birləşməsi onu göstərir ki, Əliyev Rusiyanın sülh müqaviləsi ilə bağlı təkliflərini rədd edib. Moskva isə o qədər aciz və gücsüzdür ki, Əliyevi Qarabağın statusunun müzakirəsinin gələcəyə təxirə salınması ilə bağlı bənd imzalamağa məcbur edə bilməz.

İndi də Sergey Lavrov növbəti dəfə Moskvanın fiaskosunu Ermənistanın üzərinə atmağa çalışır, heç bir halda Rusiyanın təkliflərinə zidd olmayan Praqa bəyanatını xatırladır.

Bu alçaq addım hələ kifayət deyilmiş kimi, Lavrov çıxışında Əliyevi müdafiə etməyə çalışır. Rusiyanın təklifinin uğursuzluğunu “status məsələsi yenidən işlənməlidir” ifadəsi ilə təqdim edir”, deyə media yazıb. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.152449