Ermənilər yenə xam xəyala düşüb
.jpg)
“Artsax”da hesab edirlər ki, Berdzor (Laçın) yolu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərindən sonra açıla bilər.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri əlavə edib ki, bu gözləntilər Rusiyanın regionda lider olduğunu göstərmək üçün hər şeyi edəcəyi ilə bağlı şayiələrə əsaslanır:
“Azərbaycanın Haaqa məhkəməsinin qərarına əhəmiyyət verməməsi, yolun açılması tələbini yerinə yetirməməsi də bu səbəbdəndir. Lavrov isə bir səfərlə məsələni həll edəcək. Lakin “Artsax”dakılar bu perspektivə həvəslə yanaşmırlar, çünki onlar əmindirlər ki, bunun müqabilində Azərbaycanın bütün tələblərini yerinə yetirməyə məcbur olacaqlar".
Xatırladaq ki, Lavrov iki günlük səfərlə dünən Bakıya gedib. Cümə günü isə “Artsax” və Azərbaycan nümayəndələrinin Rusiya sülhməramlılarının qərargahındakı görüşündən sonra bu barədə belə bir məlumat da verildi: “Rusiya tərəfi qısa müddət ərzində “Artsax” yolunu açmaq üçün səylərini davam etdirir”, – yekunlaşdırıb. (yenisabah)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya