Ermənilər xain millətdir və COP29-un Azərbaycanda keçirilməsini də həzm edə bilmirlər - Qabil Hüseynli
Bakıda təşkil ediləcək COP29 ərəfəsi Azərbaycana qarşı kampaniyanın miqyasını genişləndirən Ermənistan ölkəmizin əleyhinə hər cür böhtan səsləndirir. Bu kampaniyaya erməni diasporası da qoşulub və əsasən sosial şəbəkələrdən istifadə olunur. Əslində ermənilərin bu niyyəti başa düşüləndir və onlar ölkəmizi gözdən salmaq , Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar.
Konkret.Az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, bu onların ənənəvi davranışıdır: “Ermənilər xain millət olduqlarını bir daha biruzə verirlər. Onlar Azərbaycanın beynəlxalq tədbirlərin keçirməsinə biganə qala bilmirlər. Hiss edirlər ki, Azərbaycanın nüvuzu durmadan artır və buna görə əl-ayağa düşüblər. Onlar yaxşı bilirlər ki, COP dünyanın ən nüvuzlu tədbirlərindən biridir və bunu gözdən salmaq üçün müxtəlif təxribatlara əl atırlar. Özlərinin COP-un tədbirini üzərinə götürməyə cəsarətləri çatmadığından Azərbaycanda baş tutacaq beynəlxalq konfransı gözdən salmağa çalışırlar. İndi Azərbaycan az vaxt ərzində bununla bağlı böyük işlər görüb. Paytaxtda infrastruktur demək olar ki, yenilənib. Ermənistana xoş gəlməyən tək bunlar deyil. Həm də düşmən tərəf hesab edir ki, onların hay-həşiri Bakıda saxlanılan erməni hərbi cinayətkarların azad olunmasına kömək edəcək. Amma onlar çox ciddi cinayətlər törədiblər və istintaqları yekunlaşmayıb. Xocalı qırğınında birbaşa iştirak edən Qukasyan və Saakyan niyə azad edilməlidir? Gəncəni və Bərdəni raket atəşinə tutan Artunyan da ciddi cəzasını almalıdır. Digərləri də onlar kimi Azərbaycan qanunları qarşısında cavab verməlidirlər”.
İki gün əvvəl Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. İclasda Rusiya prezidenti Vladimir Putin 30 il erməni işğalında olan Laçın şəhərini MDB-nin mədəniyyət paytaxtı elan edib. Qabil Hüseynli bir vaxtlar Laçını Ermənistana peşkəş etməyə hazır olan Putinin bu addımının siyasi gediş adlandırıb:
“Bu adamın siyasi gedişlərinə adət etmişik və Putin qeyri-səmimi siyasətçi kimi xarakterizə olunur. Həmişə çalışır ki, rəqibinə kələk gəlsin, aldatsın. İndi də eyni oyunu oynayır. Onun Laçınla bağlı mövqeyi uzaq tarixdə baş verməyib ki, yaddan da çıxsın. Hər kəs bilir ki, Putinin Laçını və Kəlbəcəri Ermənistana vermək niyyəti olub. İndi bu adam özü-özünü ifşa edir”.
Vəli Həsənoğlu