Ermənilər `sülhməramlıların` nəzarəti ilə yeni yol çəkirlər - Bakıdan İCAZƏ ALIBLAR?

2022-09-06 12:37:00

Ermənilər `sülhməramlıların` nəzarəti ilə yeni yol çəkirlər - Bakıdan İCAZƏ ALIBLAR?

Qarabağın Rusiya sülhməramlılarının müvəqətti nəzarəti altında olan hissəsində yeni yol çəkilir.

Hurriyyet.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Sülhməramlı Kontingentinin Telegram kanalında məlumat yayılıb. Bildirilir ki, yeni tikinti Xankəndi ilə keçmiş Əsgəran rayonu yolunda aparılır.

"Rusiya sülhməramlı kontingentinin hərbçiləri Rusiya bölmələrinin nəzarət zonasında keçən Naxiçevanik - Xankəndi yeni yolunun tikintisinin təhlükəsizliyini təmin edirlər", - məlumatda deyilir.

Bildirilir ki, yeni yol Naxçıvanik kəndini və ona yaxın olan digər kəndləri Əsgəran şəhəri ərazisindən deyil, birbaşa Xankəndi ilə birləşdirəcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057855