Ermənilər rus sülhməramlılarını niyə güllələdi? - Polkovnik danışdı
Xəbər verdiyimiz kimi, ötən gün Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil ermənilər tərəfindən atəşə tutulub.
Hadisə sülhməramlılar Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən baş verib. Onların avtomobilinin atəşə tutulması nəticəsində 8 hərbçi həlak olub.
Bəs bu təxribatı törətməkdə ermənilərin məqsədi nə idi? Bu, nəyə hesablanmışdı?
Məsələ ilə bağlı Yenisabah.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov danışıb.
Hərbi ekspert bildirib ki, hadisəni törətməkdə Ermənistanın məqsədi bunu Azərbaycanın üstünə yıxmaq olub. Həmçinin təxribat danışıqlar prosesinə zərbə vurmaq xarakteri də daşıyıb:
"Böyük ehtimalla, onlar bu təxribatı azərbaycanlıların törətdiyini deyərək, Rusiya-Azərbaycan arasında soyuqluq yaratmaq istəyirdilər. Təxribat məhz bu məqsədi daşıyırdı, terror faktı da məhz bununla bağlıdır. Ona görə də Rusiya tərəfi artıq bununla bağlı öz fikrini söyləyib və bu hadisədə Qarabağ separatçı xuntanı günahlandırır.
Bu təxribat təbii ki, həm də danışıqlar prosesinə zərbə məqsədi də daşıyırdı".
Ekspert gələcəkdə də bu cür təxribatların baş verəcəyini istisna etməyib:
"Biz sadəcə antiterror tədbirini həyata keçirtdik ki, qanunsuz silahlıları Qarabağ iqtisadi rayonundan çıxardaq. Ancaq onların beynindən qara fikirləri çıxartması düşünürəm ki, bir müddət vaxt aparacaq. Təbii ki, bu, heç vaxt tamamilə keçməyəcək, ancaq Azərbaycan əsas məsələni antiterror tədbirləri ilə yoluna qoyub. Digər məsələlərə gədikdə isə düşünürəm ki, hər hansı problem baş verərsə, Azərbaycan bunun qarşısını vaxtında alacaq. Bu məsələdə müvafiq güc strukturlarının fəaliyyəti də olacaq". /yenisabah.az/