Ermənilər Qazaxın anklav kəndləri ətrafında səngərlər qazırlar - BU NƏDİ BELƏ?

2022-05-06 11:57:00

Ermənilər Qazaxın anklav kəndləri ətrafında səngərlər qazırlar - BU NƏDİ BELƏ?

Ermənistanla Azərbaycan sərhəddinin Qazaxla həmsərhəd ərazilərində maraqlı hadisələr baş verir.

Hurriyyet.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, erməni tərəfi Qazax rayonunun hazırda işğalda olan 7 kəndin ətrafında səngərlər qazırlar.

“Haykakan Jamanak” qəzetinin yaydığı xəbərə görə, bu səngərlər Baqanis Ayrımdan başlayıb Aşağı Əskipara kəndinə qədər uzanır. Əvvəllər də burada səngər olduğunu yazan qəzet bildirir ki, yeni qazılanlar artıq ikinci və üçüncü eşalondur. Yəni, öncəki səngərdən sonra ikinci və üçüncüsü də qazılıb.

Erməni nəşri bunun nə səbəblə edildiyi barədə məlumatı dəqiqləşdirə bilməyib. Onlar Ermənistanın Azərbaycana müharibə elan edə biləcəyi və ya Tovuz istiqamətində hər hansı təxribata əl atacağını qeyri-mümkün hesab ediblər. “Əgər Ermənistanın belə bir niyyəti olsaydı, Azərbaycanla sülh danışıqlarına getməzdi. Deməli, səngərlərin qazılması heç də müharibə ilə əlaqəli deyil. Böyük ehtimalla anklav kəndlərin sərhədlərini müəyyən etmək və yaxın gələcəkdə onları Azərbaycana vermək məqsədi daşıyır”.

“Haykakan Jamanak” yazır ki, yeni qazılan səngərlər Şəmsəddin və Noyamberyan rayonlarının mühasirəyə düşməsinə gətirib çıxaracaq. “Səngərlərin qazılış istiqamətlərinə diqqət yetirdikdə Şəmsəddin və Noyanberyan rayonlarının tamamilə mühasirə vəziyyətinə düşəcəyini demək mümkündür. Bunu niyə etdikləri barədə isə heç bir açıqlama vermirlər. Maraqlıdır ki, Tavuş əhalisi də məsələdən xəbərdardır, lakin heç bir reaksiya göstərmirlər”.

Ermənistanın Tavuş rayonundan deputat seçilmiş Qalumyan yerli mediaya bununla bağlı açıqlama verərək deyib ki, məsələnin tam təfsilatından xəbərsizdir. Amma o, bunun anklavların Azərbaycana verilməsi ilə əlaqəli olacağına daha çox inandığını bildirib. “Nə edək? Müharibəyə başlayaq? Bu torpaqları türklərə verməliyik. Başqa çarəsi yoxdur”.

Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən mətbuata verdiyi açıqlamasına anklavların danışıqlarda müzakirə predmeti olmadığını bildirib. O deyib ki, bu məsələdə Azərbaycanla danışıqları sonrakı mərhələyə saxlayıblar. Eyni zamanda, Ermənistanın Azərbaycanda, Azərbaycanın isə Ermənistanda olan anklav ərazilərinin dəyiş-döyüş edilə biləcəyini istisna etməyib. Bunu da Başkəndlə digər anklavların eyni ölçüdə əraziyə malik olması ilə əsaslandırmağa çalışıb.

Bu açıqlamanın ardından Ermənistan tərəfinin Qazaxla sərhəddəki anklav kəndlərimizin ətrafında 3 eşalonlu səngərlər qazması olduqca müəmmalı məsələyə oxşayır. Çünki Qriqoryanın dedikləri ilə baş verənlər arasında tərs mütənasiblik var.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya