Ermənilər Qarabağa silahlı “könüllü dəstələr” gətirməyə çalışır - NƏ BAŞ VERİR?

2022-04-22 12:43:00

Ermənilər Qarabağa silahlı “könüllü dəstələr” gətirməyə çalışır - NƏ BAŞ VERİR?

Ermənistanda böhran getdikcə dərinləşir. Bu ölkənin baş naziri Nikol Paşinyanın Moskva səfərindən öncə parlamentin iclasında verdiyi açıqlamadan sonra yerli müxalifət bütün gücünü səfərbər edərək, onu devirmək üçün çalışır.

Hurriyyet.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, erməni müxalifətinin indiki məqamda belə fəallaşması Ermənistanda birmənalı qarşılanmır.

“Haykakan Jamanak” qəzeti bununla bağlı yazır ki, Ermənistan müxalifətinin Azərbaycanla sülh danışıqları ərəfəsində fəallaşması planlaşdırılmış və xaricdən idarə olunan prosesdir. Qəzet bildirir ki, hal hazırda belə bir aktivliyə gərək yoxdur, əksinə, proseslərə müdaxilə və Ermənistanda hakimiyyət dəyişikliyi nəticə etibarı ilə Qarabağın tam itirilməsinə gətirib çıxaracaq. “Müxalifət liderləri anlamırlar ki, 1998-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyi nəticə etibarı ilə Qarabağı müvəqqəti olaraq əldə saxlamağa xidmət etdi. Əvəzində Ermənistana iqtisadi və siyasi cəhətdən geridönüşü olmayan zərbələr vurdu. Halbuki həmin vaxt prezident Levon Ter-Petrosyan Ermənistan üçün daha optimal variant təklif edirdi. İndi də eyni sennari üzrə hərəkətə keçiblər. Bu dəfə dəyəcək zərər miqyasına görə, daha böyük olacaq”.

Amma Ermənistanda real vəziyyəti təhlil edən, siyasi proseslərdən başı çıxn 5-6 nəfərdən başqa, yerdə qalanları tamamilə başqa ritorika ilə danışırlar. Onlar hesab edirlər ki, problemin kökü Paşinyandır və o dəyişərsə, Qarabağı yenidən əldə edə biləcəklər. Lakin unudurlar ki, darmadağın edilmiş Ermənistan ordusu bunu etmək iqtidarında deyil və yaxın 10 ildə də bunu ağıllarlndan keçirməsinlər.

Ağlı bir qarış havada olan erməni “siyasi və ictimai xadim” Avetik Çələbyan da həmin düşərgənin nümayəndələrindən biridir. Onun “məntiqi” ilə Paşinyan hakimiyyətdən getdikdən sonra Ermənistan qısa müddətdə ordunu yenidən təşkil edə biləcək, üstəlik, yeni silahlar istehsal etməyə başlayacaq. Bundan başqa, o, hesab edir ki, Ermənistan Rusiya, İran, Çin və Hindistanı öz yanına çəkərək, bölgədə güc ola bilər.

Bu adam anlamır ki, sıraladığı ölkələr içində Rusiyanın faktiki vəziyyəti kritikdir. Ukraynaya hərbi təcavüzdən sonra dünyadan təcrid vəziyyətinə düşən Moskva, durumu düzəltmək gücündə deyil. Hətta əksər ekspertlər də bildirirlər ki, Ukrayna savaşı bitdikdən sonra Kremlin Qafqazdakı dayaqları bir-bir sıradan çıxacaq.

İranla Ermənistanın münasibətləri normaldır, bəzi hallarda müttəfiqlik səviyyəsinə də çatır. Lakin İranın özü sanksiya altında olan ölkədir və elə gücü var idisə, 44 günlük müharibədə Ermənistana dəstək verərdi. Bundan sonrakı mərhələdə Qərblə anlaşma olmazsa, onlar üçün də Rusiyanın başına gələnlər labüd olacaq.

Çələbyanın Hindistan və Çinin bir arada Ermənistanın müttəfiqi olması deyimi isə bu adamın siyasətdən anlayışının olmamasının təzahürüdür. Bir birinə düşmən olan iki ölkənin Ermənistanda eyni mövqedən çıxış etməsini düşünmək isə bir ayrı kəmağıllıq mərhələsi sayıla bilər.

Hərçənd Çələbyan Qarabağ probleminin həlli ilə bağlı “variant”larını da dilə gətirməklə, hansı ağılın sahibi olduğunu bird aha sübut edib. O deyir ki, Rusiya sülhməramlı kontingenti Qarabağdan çıxmamalıdır. Amma bu “əbədi qalma”nın necə təmin olunacağını özü də bilmir. O ümid edir ki, Rusiya Qarabağda hərbi contingent saxlamaqla bir sıra üstnülkülərə sahib olur və prosesi ermənilərlə həyata keçirmək isə onun işinə yarayır. Hərçənd bu dediklərində həqiqət payı var. Lakin 10 noyabr razılaşmasına əsasən Azərbaycan Rusiyanın Qarabağdan çıxmasını tələb edə bilər. Və böyük ehtimalla da tələb edəcək.

JAMAZ.İNFO xəbər verir ki, Çələbyan məsələnin dinc və danışıqlar yolu ilə həllini qəbul etmir. O düşünür ki, təkcə Ermənistan ordusunu deyil, Qarabağdakı qanunsuz silahlı dəstələri gücləndirməklə məsələni həll etmək olar. Təkliflərindən isə açıq şəkildə qan qoxusu gəlir: “Bbiz Qarabağda “müdafiə ordusu”nun dağılmasının qarşısını almalı, onu yenidən qurmalıyıq. Belə edərsək, Rusiya sülhməramlıları ilə birlikdə Qarabağı etibarlı şəkildə müdafiə edə biləcəklər. Bundan başqa, “müdafiə ordusu”na Ermənistanın hər yerindən könüllülər gətirərək, onu güclü edə bilərik. Hazırda könüllü olmaq istəyənlər çoxdur”.

Çələbyanın anlamadığı bir məsələ var ki, Azərbaycan artıq 90-cı illərin zəif ölkəsi deyil. İstər ordu, istərsə də iqtisadi cəhətdən Ermənistandan qat-qat üstündür. Əgər erməni tərəfi Qarabağa hansısa silahlı dəstələr gətirərsə, şübhəsiz Azərbaycan Ordusu bunun qarşısını almaq və onların layiqli cavabını vermək üçün zəruri olan addımları atacaq. Və erməni tərəfi bu dəfə 44 günlük müharibədə itirdiklərindən daha çoxunu itirəcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya