Saat:23:17
Haqqımızda

Ermənilər ondan da əllərini üzdülər - ŞOK SƏBƏB

2024-10-01 10:16:38

Ermənilər ondan da əllərini üzdülər - ŞOK SƏBƏB

Ermənistanda xam xəyala düşənlərə növbəti xəbərdarlıqlar; Bakıdan yanlış siyasət yürüdən paytaxtlara mesajlar; “ABŞ Fransanın səhvini təkrarlayarsa, həm Azərbaycanla münasibətlərə xələl gətirəcək, həm də rəqibi Rusiyanın bölgədə mövqelərinin güclənməsinə şərait yaradacaq”; “ABŞ-da kimin prezident olmasından asılı olmayaraq, Azərbaycanın öz müstəqil siyasi gündəmi olacaq”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının illik sessiyasında çıxış edərək Ermənistanla “qismən sülh”ün (simvolik sülh sənədinin - red.) mümkün olmadığını bəyan edib.

Bundan əvvəl C.Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə də rəsmi Bakının prinsipial mövqeyini ifadə edib. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ikitərəfli danışıqlar, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran əsas çağırışlar barədə ətraflı məlumat verilib. İkitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan bir sıra irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyası, habelə digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının sülh qarşısında əsas maneə olduğu vurğulanıb. Bu cür qətiyyətli yanaşma Ermənistanın yarımçıq sülh sənədini imzalamaq niyyətinə cavabdır.

Ermənistanın və erməni diasporunun gözləntiləri həm də ABŞ seçkiləri ilə bağlıdır. Amma bəzi erməni ekspertlər xam xəyallardan ayılmağa çağırırlar. “ABŞ-da prezident seçkisinin nəticəsindən asılı olmayaraq, Ermənistan rahatlıq tapmayacaq”. Bu fikirləri erməni amerikaşünas politoloq Suren Sərkisyan deyib. Yaxın tarixə ekskurs edən Sərkisyan xatırladıb ki, Ermənistan müstəqillik əldə etdikdən sonra ilk fürsətdə ABŞ diplomatiyası bu ölkədə güclənib: “Xüsusilə Bill Klinton administrasiyası Dağlıq Qarabağ və Ermənistan-Türkiyə münasibətləri məsələsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı fəal dəstəkləyirdi. Ermənistanla iş Robert Köçəryanın (Ki-Uest planı) dövründə də həyata keçirilirdi. ABŞ-ın Ermənistandakı fəaliyyətinin üçüncü dövrü Serj Sərkisyanın (İrəvan və Ankaranın "futbol diplomatiyası") dövründə - Barak Obama administrasiyası tərəfindən və ozamankı dövlət katibi Hillari Klintonun birbaşa iştirakı ilə reallaşıb". Erməni politoloq ardınca təəssüflə qeyd edib: “Lakin Donald Tramp administrasiyası praktiki olaraq Ermənistanla "maraqlanmadı", çünki ABŞ-ın digər regionlarda xarici siyasət prioritetləri var idi. Hətta yüksək səviyyəli əlaqələr belə yox idi. Tramp administrasiyası ilə yeganə əlaqə Ermənistanda inqilabdan bir neçə ay əvvəl vitse-prezident Maykl Penslə Serj Sərkisyan arasında telefon danışığı olub". Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Qərb qüvvələri bölgədə yenidən xeyli fəallaşıb. O, bunu iki amillə əlaqələndirir: “Birincisi, Rusiyanın diqqəti Ukraynadakı böhran səbəbindən regiondan yayınıb, "müqəddəs yer isə heç vaxt boş qalmır". İkincisi, Vaşinqton görür ki, Ermənistan hökuməti istənilən güzəştə getməyə hazırdır, təki Türkiyə və Azərbaycanla hər şey qaydasında olsun". Kamala Harrisin az öncə Amerikadakı erməni icmasına yazdığı məktuba toxunan erməni ekspert bunu, sadəcə, seçki kampaniyası ilə əlaqələndirir və hesab edir ki, məktub çətin ki, ABŞ-ın xarici siyasətinə təsir göstərsin. Sərkisyan habelə əmindir ki, Harris seçilərsə, yeni komanda, yeni administrasiya formalaşacaq və tamamilə yeni xarici siyasət yürüdüləcək. Onun fikrincə, ABŞ öz fəaliyyətində erməni-amerikan deyil, regional gündəliyi rəhbər tutur: “Xatırladım ki, Bayden administrasiyası ilə Paşinyan arasında indiyədək hansısa yüksək səviyyəli təmas - telefon danışığı və ya ABŞ prezidenti ilə görüş olmayıb. Bu, bir daha onu sübut edir ABŞ Ermənistanla münasibətləri inkişaf etdirməkdə yox, ilk növbədə Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətməkdə maraqlıdır. Qısası, Ermənistan ABŞ prezidentliyinə hər iki namizədlə bağlı özünü aldatmamalı, illüziyaya qapılmamalıdır. Hər halda, Tramp dövründə biz Qarabağı itirdik, Bayden dövründə olanlar da məlum. Odur ki, heç bir variantda biz komfortda olmayacağıq”. Erməni amerikaşünasın təlaşı əsaslımı? Bəs Azərbaycan üçün hansı namizədin qələbəsi daha məqbuldur?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, beynəlxalq aləm kimi, Azərbaycanın və Ermənistanın siyasi və ekspert dairələri də ABŞ-da noyabrda keçiriləcək prezident seçkisinin mümkün nəticəsini analiz edirlər: “Ermənistan müstəqillik qazandıqdan bu yana ABŞ-dan hər zaman dəstək alıb. Bill Klinton administrasiyası Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla sıx əlaqələr qurmuşdu. ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi məhz Klintonun prezidentlik dövründə qəbul olunmuşdu. Halbuki Azərbaycan təcavüzlə üzləmiş, torpaqları işğal olunmuş, azərbaycanılar evlərini tərk etmək məcburiyyətində qalmışdılar. Buna baxmayaraq, Klinton administrasiyası və Dövlət Departamenti Konqresi Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etməkdən çəkindirmədi. Levon Ter-Petrosyandan sonra Robert Köçəryan Ermənistan prezidenti oldu. Köçəryan Ter-Petrosyandan fərqli olaraq, daha çox Rusiya ilə strateji müttəfiqliyə üstünlük verirdi. Köçəryandan sonra prezident olan Serj Sərkisyan da Rusiya ilə müttəfiqliyə sadiq idi”. E.Şahinoğlu qeyd etdi ki, Rusiyanın Ermənistandakı hərbi bazasının varlığına və sərhədlərini Rusiya sərhədçilərinin qorumasına baxmayaraq, Vaşinqton əvvəlkitək İrəvana dəstək verir, Ermənistan hakimiyyətini Azərbaycan torpaqlarını azad etməyə təşviq etmirdi: “Prezident Barak Obama və dövlət katibi Hillari Klinton Qarabağ probleminin həlli əvəzinə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına çalışırdılar və az qala buna nail olmuşdular. Ancaq Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın qətiyyəti sayəsində Türkiyə Ermənistanla sərhədi açmadı, bu ölkə ilə diplomatik münasibətləri bərpa etmədi. Donald Trampın prezidentlik dövründə Ağ Ev sahibi Cənubi Qafqazdakı proseslərə maraq göstərmirdi. Trampın Amerikadakı erməni lobbisi ilə o zaman və indi heç bir bağlılığı yoxdur. Trampın rəqibi Kamala Harris ABŞ-dakı ermənilərin səsini qazanmaq üçün Azərbaycan əleyhinə bəzi açıqlamalar verib. Ancaq bunların Ermənistandakı radikal qüvvələrə və İrəvanda məskunlaşan Qarabağ separatçılarına faydası yoxdur. Kamala Harris prezident seçilsə belə, erməni separatçılarının istəklərini yerinə yetirə bilməyəcək, məsələ bitib. Azərbaycan Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa edib. Bakı hamıya bəyan edib ki, Qarabağ erməniləri geri qayıtmaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Azərbaycan qanunları ilə yaşamaq istəməyənlər Qarabağa geri qayıda bilməyəcəklər. ABŞ-ın yeni prezidenti ölkəsinin milli və təhlükəsizlik maraqları baxımından Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlıqdan imtina etməməlidir. Əks halda, ABŞ-ın mövqeləri bölgədə zəifləyəcək. Fransa Azərbaycanla münasibətləri gərginləşdirərək Cənubi Qafqaz siyasətini Ermənistana dəstək üzərində qurmağa çalışdı. Alınmadı. ABŞ Fransanın səhvini təkrarlayarsa, həm Azərbaycanla münasibətlərə xələl gətirəcək, həm də rəqibi Rusiyanın bölgədə mövqelərinin güclənməsinə şərait yaradacaq. Ona görə də ABŞ-ın yeni prezidenti Azərbaycan amilini nəzərə almalıdır”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistan-ABŞ münasibətləri İrəvanın istədiyi kimi inkişaf etmir: “Ermənistan hakimiyyəti və ictimai - siyasi cameəsi hesab edir ki, Fransa kimi ABŞ prezident səviyyəsində Ermənistana dəstək versin. Bəli, ABŞ Ermənistana ciddi yanaşmir və Azərbaycanla münasibətlərin normallaşması istiqamətində siyasi təlimatlar verir. Nikol Paşinyan çox istəyir ki, Ağ Evdə qarşılansın və ona etimad edilsin. Amma Demokratların dövründə bu baş tutmadi. Co Bayden Ermənistan siyasətinə ümumi regional müstəvidə baxıb və Rusiya ilə qarşıdurmada platsdarm kimi götürüb. Amma biz Baydenin Azərbaycan Prezidentinə yüksək səviyyədə məktublar göndərdiyinin şahidiyik. Tramp dövrü və Bayden hakimiyyəti dövründə Nikol Paşinyana diqqət göstərilmədi. Bundan sonra Kamala Harris də gələrsə, eyni siyasət davam edəcək. Yəni Ermənistana regional çərçivədə baxış olacaq və İrəvana deyiləcək ki, Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırsın. Təbii ki, Ermənistan tərəfi ABŞ-dan çox şeylər gözləyir. Bu, elə gözləmə səviyyəsində qalacaq”. M.Əsədullazadə qeyd etdi ki, Ermənistanın çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməkdən ibarətdir: “Vaşinqton da bunu çox gözəl anlayır. Azərbaycan üçün ABŞ da kimin prezident olmasından asılı olmayaraq cənab Prezident İlham Əliyev müstəqil siyasət aparır. Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruyur. Vaşinqtona vassal dövlət lazımdır. Ermənistan vassal olmağa can atır. Azərbaycan isə belə bir siyasətdən kənardır. Ona görə də ABŞ-da kimin prezident olmasından asılı olmayaraq, Azərbaycan öz müstəqil siyasi gündəmi olacaq. Ümumi götürəndə Trampın dövründə biz əraziləri işğaldan azad etdik. Baydenin dövründə antiterror əməliyyatı heç biri bizə təzyiq etmədi. Çünki bilirdilər ki, yeni siyasi nizam üçün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməlidir”./musavat.com/

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202059