Ermənilər nədən atəş AÇIRLAR: SAVAŞ İSTƏYİRLƏR?

2022-09-05 09:52:00

Ermənilər nədən atəş AÇIRLAR: SAVAŞ İSTƏYİRLƏR?

Son günlər ermənilər ənənəvi xarakterlərinə uyğun olaraq Azərbaycan ordusunun Ermənistan-Azərbaycan sərhəddindəki mövqelərini daha da intensiv şəkildə atəşə tutmağa başlayıblar. Eyni zamanda rus "sülhməramlıları"nın nəzarətində olan bölgələrimizdə də anoloji vəziyyət hökm sürür.

Hurriyyet.az bildirir ki, bununla bağlı açıqlama verən politoloq Aqşin Kərimov baş verənləri aşağıdakı kimi xarakterizə edib:

"Sərhəddəki insidentlər tapmaca deyil, heç təəccüb də doğurmamalıdır.

Nəzərə almalı olduğumuz nöqtələr:

Dəfələrlə qeyd edilir ki, Ermənistan növbəti güzəştlərə gedəcək.

Sərhəddə Azərbaycan möhkəmlənir, bu hərbi-siyasi auranın və milli təhlükəsizliyin Cənubi Qafqazdakı yeni dizayna uyğunlaşdırmaq zərurətindən irəli gəlir.

Əslində sülh danışıqları ilə insidentlər bir növ sinxronluq təşkil edir.

Erməni silahlı bölmələrinin atəş açmasının səbəbi Azərbaycan ordusunun mövqelərini irəli aparmasına qısqanc reaksiyadır".

Dia.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064818