"Ermənilər Laçını 24-ü axşamı tərk etdilər" - Aleksanyan

2022-08-26 16:23:00

Bu gün Azərbaycan Ordusunun tarixi Laçın rayonunda bayraq sancması erməni cəmiyyətində məyusluqla qarşılanıb. Yerli media Zabux və Sus kəndləri ilə yanaşı Laçının da Azərbayacana təhvil verilməsini faciə kimi qarşılayır. Məsələn, "Hraparak" nəşrinin son proseslərlə bağlı Laçının qondarma "mer"i Narek Aleksanyandan aldığı açıqlama buna misal ola bilər.

"Avqustun 25-də Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilməli idi. Lakin sonradan öyrəndik ki, təhvil-təslim prosesi ilə bağlı müddət sentyabrın 1-nə qədər təxirə salınıb. Bu gün isə avqustun 26-dır və məlum oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev özünün Twitter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olduğunu bəyan edib və Azərbaycan xalqına təbrik ünvanlayıb. Bundan əlavə, rəsmi Bakı Azərbaycan hərbçilərinin Laçın meriyasının binası üzərində bayraq qaldırmasını əks etdirən videonu yayıb.

Biz Laçın icmasının rəhbəri Narek Aleksanyanla əlaqə saxladıq və hazırda rayonda nələrin baş verməsini soruşduq.

O qeyd etdi ki, "Mən özüm səhərə qədər orada idim. Hər halda, bu proses biz gedəndən sonra olub. Mən də kadrlara baxdım. Azərbaycanlılar artıq administrasiya binasına Azərbaycan bayrağını sancdıqlarını və həyətdə bir növ xüsusi hərbi mərasim keçirdiklərini əks etdirən videogörüntülər yayıblar".

Aleksanyan "Laçını axırıncı kim tərk etdi, və ya neçə ailə tərk etdi?" sualına isə "Ailələr 24-ü axşamı artıq getdilər. Orada mən, vilayət administrasiyasının rəhbəri Muşeq Alaverdyan, polislər və yanğınsöndürənlər var idi. Düz səhər saat 8-də Xankəndinə getdilər" deməklə cavab verdi", - müəllif yazıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065205