Ermənilər Laçın dəhlizinə görə Putinə YALVARDILAR

2022-12-16 22:16:00

Ermənilər Laçın dəhlizinə görə Putinə YALVARDILAR

Ermənilər Putinə müraciət ünvanlayıblar.

Hurriyyet.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. “Birləşmə” hərəkatının təşəbbüskar qrupu Rusiya Federasiyasının prezidenti Vladimir Putinə yalvarıblar.

Absurd “müraciət”dən bir hissəni təqdim edirik:

“Rusiya Federasiyasının Prezidenti V.V. Hörmətli cənab Prezident Putin,

Rəsmi Bakı “qondarma” ekoloji səbəblərə görə artıq 5 gündür ki, Qarabağın “120.000” sakinini dünya ilə birləşdirən yeganə həyat arteriyası olan Laçın dəhlizini bağlayıb. “Dağlıq Qarabağda atəşkəs haqqında” 9 noyabr tarixli üçtərəfli bəyannamənin 6-cı bəndi Rusiya sülhməramlı qüvvələrinin tam nəzarəti altındadır. Vəziyyət tez bir zamanda həll olunmasa, Qarabağ xalqı humanitar fəlakət təhlükəsi altında qalacaq.

Azərbaycanın hərəkətləri “etnik təmizləmə”nin növbəti təzahürüdür, insanlığa qarşı cinayətdir. Ona görə də bu hərəkətlərin qarşısını almaq və yol verməmək təkcə Rusiyanın vəzifəsi deyil.

Biz dövlətlərimiz arasında strateji əlaqələrin qorunub saxlanmasının və inkişafının tərəfdarıyıq. Biz əminik ki, Azərbaycan tərəfinin bu “təxribat”ı həm də Rusiya sülhməramlı qoşunlarına qarşı yönəlib, məqsədi Rusiyanı “gözdən salmaqdır”.  Azərbaycana qarşı  erməni maraqlarının mövqelərindən birtərəfli qaydada güzəştlər regionun kövrək sülhünün pozulmasına, yeni hərbi əməliyyatlara gətirib çıxaracaq.

Odur ki, Laçın dəhlizinin Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarətində olduğunu və bu qüvvələrin dəhliz vasitəsilə insanların və yüklərin sərbəst hərəkətinin təminatçısı olduğunu nəzərə alaraq, biz sizi hərəkət etməyə çağırırıq.

2020-ci il bəyanatına uyğun olaraq Laçın dəhlizinin bloku tamamilə açılsın və onun rahat işləməsi təmin edilsin.

Laçın dəhlizindən bütün “qeyri-qanuni” Azərbaycan hərbi bazaları dərhal təmizlənsin, “terrorçular”ın və “təxribatçılar”ın dəhliz ərazisinə daxil olması daha da istisna edilsin”.

P.S. Burada həmişə bir atalar sözü yerinə düşür: “Adımı sənə qoyum, səni də yana-yana…”  Kim kimə terrorçu, təxribatçı deyir, kim qanunsuz hərəkətlər, əməllərlə məşğuldur, kim Bəyanata əməl etmir? 120 min haradan peyda oldu? Sülhdən, barışıqdan başqa hər tərəfə əl atıb, haray salmaq, şüvən qoparmaq, “qoymayın, öldürdülər” çığırmaq ermənilərin xroniki xəstəliyidir. Nəsildən-nəslə keçir, yaxşı ki, millətdən-millətə keçmir. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.215368