Ermənilər Kəlbəcər və Laçını hər gün atəşə tutur - birdəfəlik susdurmağın yolu

2022-09-07 11:58:00

Ermənilər Kəlbəcər və Laçını hər gün atəşə tutur - birdəfəlik susdurmağın yolu

 

Ekspert: “Baş verən təxribatlar yalnız gedən prosesin sürətini azalda bilər, qarşısını isə ala bilməyəcək”

Ermənilər Kəlbəcər və Laçını demək olar ki, hər gün atəşə tutur. Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 4-dən 5-nə keçən gecə də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Ermənistan bir tərəfdən sülhdən, kommunikasiyaların açılmasından danışır, digər tərıfdən də hər gün atəş açırlar. Bu iddia da var ki, atəşkəs rejimini pozanlar revanşist xülyalarla yaşayan, Paşinyan iqtidarına müxalif olan, sülh istəməyən dairələrin kontrolunda olan silahlı birləşmələr tərəfindən törədilir. Əgər Ermənistan bu qüvvələrə nəzarət edə bilmirsə, onda Azərbaycanın onları birdəfəlik susdurmasının yolu nədir?

Digər prizmadan yanaşanlar da var, onlar iddia edirlər ki, bu təxribatlar mərkəzləşmiş qaydada həyata keçirilir. Onda Paşinyan hökumətinin ikiüzlü siyasətinə necə cavab verilsin? Bəs hər iki variant üçün Azərbaycan hansı variantı tətbiq etsin?

Şuşanın ruhu artıq azaddır - politoloq Anar Əliyev

Anar Əliyev 

Politoloq Anar Əliyev bildirdi ki, 31 avqust görüşündən sonra Ermənistan-Azərbaycan sərhədində, xüsusilə Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd hissəsində atəşkəsin davamlı şəkildə pozulmasının ardınca təxribat halları artmaqdadır: “Burada bir neçə çox ciddi səbəblər var. Birincisi, təbii ki, görüş ərəfəsində də Ermənistan tərəfindən ciddi güzəştlərin ediləcəyi və Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə xidmət edəcək qərarların qəbul ediləcəyi ilə bağlı fikirlər müzakirə mövzusuna çevrilmişdi. Ermənistan mətbuatı və sosial şəbəkə istifadəçiləri davamlı şəkildə Nikol Paşinyana Azərbaycana heç bir güzəştin edilməməsi, Azərbaycanla münasibətlərin tənzimlənməsinə xidmət edəcək addımların atılmaması ilə bağlı ciddi təzyiqlər edirdilər. Gözlənilən idi ki, görüşlərdə ciddi praktiki nəticələr əldə olunarsa, bu nəticələrin sabotaj edilməsi ilə bağlı Ermənistan daxilində və Ermənistandan kənardakı qüvvələrin təhriki ilə ciddi təxribat hadisələri törədilə bilər. Hesab edirəm ki, əslində son günlər baş verən və artmaqda davam eləyən təxribat hadisələrinin əsas səbəblərindən biri də 31 avqust tarixli görüşün nəticələrinin sabotaj edilməsi ilə bağlıdır. Yəni Azərbaycanda, Azərbaycan xalqında formalaşa biləcək inamın qarşısını almaq və heç bir halda ermənilərlə sülh razılaşmasının əldə oluna biləcəyinə inamsızlıq mühitinin formalaşmasına xidmət eləyən təxribatlardır. Bunu həyata keçirən qüvvələrə Qriqoryan kilsəsi və onun ideoloqlarını, eyni zamanda Daşnaksütyun Partiyasının təsir göstərdiyini qeyd eləyə bilərik. Ermənistanın kənarında isə böyük gücə sahib olan erməni diaspor təşkilatları da Paşinyanın son addımlarını, Azərbaycanla münasibətləri normallaşdıra biləcək hər hansı bir addımları qətiyyən qəbul etmək istəmirlər. Ona görə də Ermənistandakı əlaltıları vasitəsilə təxribatlar törətməyə çalışırlar. Amma bunu yalnız ermənilərə aid qüvvələrlə də yekunlaşdırmaq mümkün deyil. Həm cənub və şimal qonşularımız, eyni zamanda Qərbi Avropa dövlətlərindəki bir çox dairələr Ermənistanla Azərbaycan arasında münasibətlərin tam olaraq bərpa olunmasına və sülh müqaviləsinin imzalanmasına maraqlı deyillər. Ona görə də həmin qüvvələr Ermənistandakı əlaltıları və xüsusilə də ordu daxilindəki adamları vasitəsilə təxribatlar törətməklə Azərbaycanla Ermənistan arasında münasibətləri gərginləşdirməyə çalışırlar. Amma Azərbaycan tərəfinin həyata keçirdiyi düşünülmüş ardıcıl, emosiyadan kənar siyasətin nəticəsi olaraq Ermənistan gec-tez Azərbaycanla sülh müqaviləsini imzalamaq məcburiyyətində qalacaq”.

Ekspertin sözlərinə görə, bunun əksinin Ermənistanı bir dövlət olaraq siyasət səhnəsindən çıxaracağını Ermənistanda da artıq dərk etməyə başlayırlar. Paşinyan və komandası bunu dərk etməkdədir: “Ona görə də baş verən təxribatlar yalnız bu prosesin sürətini azalda bilər, qarşısını isə ala bilməyəcək. Azərbaycan tərəfindən atılacaq addımlar isə hesab edirəm ki, tutduğumuz siyasi xətt davam etdirilməli, eyni zamanda sərhəddə hər hansı təxribat törədilərsə, Azərbaycan Ordusu daha qətiyyətli şəkildə onlara cavab verməlidir. Qarşı tərəfdə belə bir rəy formalaşdırılmalıdır ki, Azərbaycana qarşı törədilə biləcək hər bir təxribat dəfələrlə artıqlaması ilə qarşı tərəfə ödədiləcəkdir. Hətta bəzilərinin iddialarında deyildiyi kimi, Paşinyan özü sərhəddə təxribat törədilməsi göstərişini verirsə, bunun cavabının eyni qaydada on qat artığı ilə verilməsi və bu yolla Ermənistanı sülh sazişini imzalamağa məcbur edilməsi olmalıdır”.musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067373