Saat:21:58
Haqqımızda

“Ermənilər kafir deyil” - Hacı Təyyar

2022-08-03 16:00:00

“Ermənilər kafir deyil” - Hacı Təyyar

“Yezid lənəti özünə haqq edib. Lənət güzəştə gedilməməyini arzu etməkdir.  Rəhmət etmək bağışlamaqdır. Lənət bədduadır. Başqa sözlə, həmin insan haqqında Yaradanın güzəştə getməməsini arzulamaqdır”.

Bu sözləri “Yeni Sabah”a ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib.

Onun sözlərinə görə, tarixdə çox azsaylı bəzi təəssübkeşlər Müaviyə və Yezidi müsbət adam kimi qələmə vermək istəyirlər. Amma Yezidin onun haqqında kiminsə müsbət fikir bildirməsi üçün zərrə qədər də şansı yoxdir: “Yezid Kərbala hadisəsinə konkret olaraq göstəriş verən və bu hadisəni törədən şəxsdir. Onun atası Müaviyədir. Atası bir qədər siyasətçi adam idi. O, müsbət mənada tarixə düşməyinə çalışırdı. Hiyləgər adam olub. Nə qədər bunun üçün çalışsa da, oğlu Yezid  bu cəhdləri alt-üst elədi. Pisləri tarix də lənətləyir. Allah özü də lənət edib. Yezidə lənət oxuyan birinci oğlu olub. Onun atası da Əbu Sufyan idi. O, heç vaxt islam dinini qəbul etməyib.

Mən onları müsəlman hesab etmirəm. Əvvəla, müsəlman zülm etməz. Müsəlmanın əqidəsində zülm yoxdur. Müaviyə, Yezid Allahu-Təalanın dininin düşmənləridir. Məsələn, ermənilərə necə güzəşt etmiriksə, onlara da etməməliyik. Müharibə olub, qələbə qazanmışıq. Onda  niyə lənət oxuyaq ki?! “Allah canlarını sağ eləsin” deməliyik?! İllər keçsə də, Azərbaycan xalqının düşmənlər hər zaman lənətlənməlidir”.

İlahiyyatçı əlavə edib:

“Yezidi kafir hesab edib, erməniləri kafir bilməmək sualına gəlincə, ermənilər kafir deyil. Kafir “kəfərə” sözündəndir. Allahu-Təalanı inkar edənə deyirlər. Onlar kafir yox, müşrik sayılır. Onlar Allahu-Təalanı üçləşdirirlər.

Yenidən mövzuya qayıtsaq, Yezid, Müaviyə və onların qoşunlarına bütün bəşəriyyət lənət oxumalıdır. Atası da qətllər törətmiş adamdır. Hucurat surəsinin 9-10 cu ayəsinin Yezid və dəstəsiylə heç bir əlaqəsi yoxdur.

Mən onları gecə gündüz lənətləyirəm  Çox vaxt hakimiyyətdaxili dava deyirlər. İmamlara hakimiyyət maraqlı deyildi. İmam Həsən ətrafında yığışanların səmimiyyətinə inanmırdı. Bu döyüşün elə, Müaviyə düşüncəsində döyüş olacağını bilirdi. O, burada rəyasət davasının müsəlmanların qanının töküləcəyinə səbəb olacağını bilib, sülh sazişi imzaladı. Müqavilə də beləydi ki Müaviyə taxtdan gedəndə taxtını imam Hüseynə versin. Yezid də əməl eləmədi. Bu, hakimiyyət müharibəsi deyil, həqiqətin tələbidir. İmam istəsəydi, Müaviyəni devirə bilərdi. Buna qolunun gücü yetirdi”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR