Ermənilər isterikada: Tramp "sehrli sözü" söyləmədi
2025-04-25 13:46:58
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ənənəvi 24 aprel çıxışı zamanı "genosid" sözünü işlənməməsi Amerikanın Erməni Milli Komitəsində (ANCA) narazılığa səbəb olub.
Amerikanın Erməni Milli Komitəsinin başçısı Aram Abramyan ABŞ Prezidentinə böhtan ataraq deyib: "D.Tramp türklətin təhdidlərinə uyaraq məsuliyyətdən yayınıb". Lobbiçi "respublikaçıların soyuq münasibətindən" şikayətlənib, demokratların vaxtında Vaşinqtonun Ermənistana necə meydan verdiyini, heç bir hüquqi çəkisi olmayan terminlərdən bol-bol istifadə etməsini nisgillə xatırlayıb.
Hurr Tərcüman

