“Ermənilər işləmək yox, müavinət almaq istəyirlər, onların yerinə taciklər, hindlilər çalışırlar”

2021-07-22 17:48:00

“Ermənilər işləmək yox, müavinət almaq istəyirlər, onların yerinə taciklər, hindlilər çalışırlar”

Hurriyyet.org xəbər verir ki, Ermənistanın İqtisadiyyat naziri vəzifəsini icra edən Vahan Kerobyan hökumətin iclasından sonra jurnalistlərin suallarına cavab verərəkən erməni əhalinin çox hissəsinin işləmək yox, müavinət almaq istədiyini bildirib. O, həmin insanlara öz mentalitetini dəyişdirməyi, müavinətdən imtina edib normal təsərrüfat işləri ilə məşğul olmağı təklif edib.

Kerobyan deyib: “Hətta kəndlərdə çobanlar tapılmır, çatışmazlığı aradan qaldırmaq üçün başqa ölkələrdən çoban gətirməyə məcbur olurlar. Başqa misallar da çəkə bilərəm. Sevanda (Göyçədə – red.) qoyun ferması var, orada da çoban axtarırlar ayda 200 min dram (təqribən 700 manat – red.) verirlər. Tacikistandan, yaxud da başqa ölkələrdən işləməyə razı olan adam axtarırlar.  Spitakda aqroholdinq var, orada hindlilər işləyirlər. Kənd sakinlərinin işləmək istəmədiyinə çox sayda nümunələr göstərə bilərəm”.