Ermənilər hələ də Eynulla Fətullayevin Zabuxa səfərini aydınlaşdırmağa çalışır – Ruslara qarşı münasibət kəskinləşir

2022-08-24 13:28:00

Ermənilər hələ də Eynulla Fətullayevin Zabuxa səfərini aydınlaşdırmağa çalışır – Ruslara qarşı münasibət kəskinləşir

Ermənilər azərbaycanlı jurnalist Eynulla Fətullayevin Zabuxa səfərini aktiv müzakirə edir. Onlar səfərin məqsədini aydınlaşdırmağa çalışırlar. Jurnalist ermənilərlə müsahibə almaq üçün Zabuxa gəlib, yoxsa Azərbaycanın istədiyi vaxt ermənilərin olduğu ərazilərə səfər edə biləcəyini nümayiş etdirib? “1in.am” nəşri yazır ki, hazırda ermənilər iki qüvvəni günahlandırırlar: Qarabağdakı qondarma qurum və Rusiya sülhməramlıları.

“Burada bir maraqlı faktı da qeyd edək: Fətullayevin rusdilli saytı Rusiyada Ukrayna müharibəsinə görə bloklanıb. Necə olur ki, ruslar bu şəxsə icazə verib və onu müşayiət edir? Buradan belə qənaətə gəlmək olar ki, artıq rus sülhməramlıların belə səlahiyyətləri yoxdur.

Rusiyanın Ermənistandakı səfiri Kopirkin bununla bağlı Bakıdakı həmkarına zəng vura və Azərbaycan XİN-ə şikayət göndərməyi tövsiyə edə bilər.

Kopirkin, onun Bakıdakı həmkarı və Rusiya sülhməramlıları yəqin ki, erməni ictimaiyyətinin mühüm hissəsinin nəyi bilməyə və anlamağa çalışdığını bilirlər. Burada ən vacib sual erməni idarə sisteminin nəyi bildiyi, nə öyrəndiyidir. Qarabağdakı erməni “təhlükəsizlik qüvvələri”ni necə aldadıblar. Onlar hər şeyə görə sülhməramlıları günahlandırırlar. Ermənilər bilməlidir ki, sülhməramlılar Qarabağa birdəfəlik gəlməyiblər, onlar Rusiya Federasiyasının mənafeyinə və maraqlarına əməl etməyə gəliblər”, - deyə məqalədə bildirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061647