Ermənilər bu dəfə Gədəbəyi atəşə tutdu

2023-09-11 16:10:07

Ermənilər bu dəfə Gədəbəyi atəşə tutdu

Gədəbəy istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub.

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136031