Saat:11:43
Haqqımızda

Ermənilər Bakının bu ölkə ilə münasibətini pozdu

2022-01-20 17:55:00

Ermənilər Bakının bu ölkə ilə münasibətini pozdu

Qarabağdakı erməni separatçıları Fransada prezidentliyə namizəd Pekresi Azərbaycan sərhədini pozaraq Xankəndiyə gətirməklə Bakı ilə Paris arasındakı münasibətləri daha da gərginləşdirdilər. Daha sonra Rusiya Dövlət Dumasının üzvü Xankəndiyə gəldi və İlham Əliyev həmin deputatın üzvü olduğu hakim partiyanın rəhbəri Dmitri Medvedyevə etiraz məktubu yazmaq məcburiyyətində qaldı.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

O deyib ki, erməni separatçılarının növbət təxribata hazırlaşdıqlarını proqnozlaşdırmaq olar:

“Erməni separatçıları dünyadakı erməni lobbisi ilə birgə “çalışaraq” xarici ölkələrdən birinin bir başqa deputatını və ya tanınmış şəxsini Xankəndiyə gətirməyə çalışa bilərlər. Erməni separatçıları bu təxribatlarıyla Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərində əlavə gərginlik mənbəyi yaradırlar. “Növbəti dəvət olunmayan qonağın” hansı ölkənin təmsilçisi üzərində düşünərkən ağlıma amerikalı konqresmen Frenk Pallone və Böyük Britaniyanın Lordlar Palatasının üzvü baronessa Kerolayn Koks gəlir. Nə qədər ki, bunlar sərhədimizi pozaraq Xankəndiyə gəlməyiblər və Bakı-Vaşinqton, o cümlədən Bakı-London münasibətlərini gərginləşdirməyiblər, Prezident İlham Əliyevin dediyi kimi, Laçın dəhlizində bir neçə şübhəli maşını yoxlamaq lazımdır ki, Azərbaycan ərazisinə dəvətsiz gəlməyi düşünənlər qanunsuz addımlarıyla ən azı geri qaytarıla biləcəklərini anlasınlar”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR