Ermənilər azərbaycanlılardan kömək istəyən Toros Qazaryanı öldürmək istəyirlər - FOTO

2023-01-09 15:00:00

Ermənilər azərbaycanlılardan kömək istəyən Toros Qazaryanı öldürmək istəyirlər - FOTO

Ermənilər Azərbaycanlı hərbçilərdən kömək istədiyi üçün Toros Qazaryanı öldürməyə çağrışlar edirlər.

Hurriyyet.az Trend-ə istinadən bildirir ki, bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin (Toros Qazaryan) Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.

Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb. Bu gün Şuşada - Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndinə yola salınıb.

Bundan sonra isə sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Toros Qazaryanın ünvanına müxtəlif təhqirlər və təhdidlər səsləndirilib.

Hətta bir sıra erməni sosial şəbəkə istifadəçiləri Toros Qazaryan öldürmək lazım olduğunu da bildiriblər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.148792