Ermənilər Arazdəyəndəki zavodu başqa yerə köçürür? - Foto

2023-09-14 14:01:32

Ermənilər Arazdəyəndəki zavodu başqa yerə köçürür? - Foto

Ermənilər Arazdəyəndə tikmək istədikləri metallurgiya zavodunu başqa yerə köçürür.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, köçürmə üçün ən ideal variant kimi Ararat şəhəri yaxınlığı göstərilir. Zavod rəhbərliyi məlumatı Ermənistan mətbuatına şərh etməkdən imtina edib.

Eyni zamanda, AB-nin Ermənistandakı mülki missiyası X sosial şəbəkəsindəki səhifəsində zavodun başqa yerə köçürüldüyünü təsdiqləyib. Amma sonradan qurum mövzu ilə bağlı X səhifəsindəki paylaşımını dəyişib. Belə ki, öncəki paylaşımında son həftələrdə metallurgiya zavodunun sökülməsinə nəzarət etmək üçün Arazdəyəndə müntəzəm patrullar həyata keçirdiyini yazıb. Lakin daha sonra həmin paylaşım silinərək, əvəzində bunlar qeyd edilib:

“AB-nin Ermənistandakı müşahidə missiyası Arazdəyən ərazisində, o cümlədən metallurgiya zavodunda istənilən hərbi və təhlükəsizlik hadisələrinə nəzarət etmək üçün müntəzəm patrul xidməti həyata keçirir. Varlığımızla biz daha təhlükəsiz mühitin yaradılmasına töhfə vermişik”./axar.az/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135645