Saat:04:54
Haqqımızda

Ermənilər Ağdamdakı Rusiya-Türkiyə mərkəzini vurmaqla HƏDƏLƏDİLƏR

2022-08-11 19:49:00

Ermənilər Ağdamdakı Rusiya-Türkiyə mərkəzini vurmaqla HƏDƏLƏDİLƏR

Ermənilər Ağdamdakı Rusiya-Türkiyə mərkəzini vurmaqla hədələyiblər.

Bu barədə “lragir.am” saytında dərc olunan məqalədə deyilir.

Məqalədə Ağdamda yerləşən Rusiya-Türkiyə birgə monitorinq mərkəzi Ermənistan silahlı qüvvələrinin qanuni hədəfi olduğu bildirilir.

Nəşr qeyd edir ki, Krımdakı Rusiya aviabazasına endirilən zərbələrdən sonra Kiyevin Qərb müttəfiqləri Krımın Ukrayna silahlı qüvvələri üçün qanuni hədəf olduğunu qeyd ediblər. Kremlin “yeni geosiyasəti” kontekstində yarımadanın siyasi, hərbi, psixoloji əhəmiyyətini nəzərə alaraq Krıma hücum müharibənin gedişatını kökündən dəyişə bilər.

Məqalə müəllifi daha sonra Krım və Qarabağ arasında bənzətmə apararaq bildirib ki, “Ağdamda Rusiya-Türkiyə müştərək monitorinq mərkəzi, hansı ki, Ermənistana hücumlar oradan gəlir və Ermənistan ordusunun hərəkətinə nəzarət olunur, digər məsələlərlə yanaşı, Ermənistana qarşı Rusiya-Türkiyə müqavilələrinin qarantı və simvoludur, Ermənistan silahlı qüvvələrinin qanuni hədəfi olmaqda davam edir”.

P.S. Görünür, ermənilər 44 günlük müharibədən nəticə çıxarmayıblar. Yəqin “Dəmir Yumruğ”un zərbəsi xoşlarına gəlib, təkrar istəyirlər. Sözdə qəhrəmanlar onsuz da bunu etməyə qadir olmasalar da, milçək kimi ürək bulandırmaqda davam edirlər. 

Xuraman Etibarlı,

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR