Erməni uşaqları Azərbaycan dilini BU SƏBƏBDƏN öyrənirlər - AÇIQLAMA

2022-09-02 10:25:00

Erməni uşaqları Azərbaycan dilini BU SƏBƏBDƏN öyrənirlər - AÇIQLAMA

Belə bir deyim var: “Qaliblər heç zaman mühakimə olunmur”. Əksinə qaliblərin keçdiyi yol digərləri tərəfindən öyrənilir. Necə ki, ermənilər qalib Azərbaycanın dövlət dilini öyrənməyi artıq özlərinə borc bilirlər.

Məhz elə buna görə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ölkənin bütün məktəblərində 3-cü xarici dil kimi Azərbaycan dilinin tədrisinə qərar verib. 

Bütün orta məktəblərdə Azərbaycan dilinin tədrisi bəs nədən bu qədər aktuallaşıb?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan BDU-nun Erməni araşdırmaları və təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi 2015-ci ildən başlayaraq Ermənistanda Azərbaycan dili kursalırı açıldığını bildirib:

”Əslində, ermənilərin əksəriyyəti türk dilini bilir. Bu onların türk seriallarına marağından irəli gəlir. Azərbaycan dilində isə bir çox erməni danışa bilməsə də başa düşür. Amma orta məktəblərin yuxarı siniflərində üçüncü xarici dil kimi tədris olunması yeni məsələdir. Bu hər şeydən qabaq bizim 44 günlük müharibədə qazandığımız qələbənin əks-sədasıdır.

Artıq hər bir erməni Azərbaycan dilini bilməyi vacib sayır. Bu bir tərəfdən düşmənçilik maraqlarından qaynaqlanırsa, digər səbəb Azərbaycanla gələcəkdə qurulacaq əlaqələrə maraqdan irəli gəlir.

Ermənilər başa düşür ki, onlar bizimlə öz dilimizdə və bizim istədiyimiz şərtlər çərçivəsində danışmasalar Ermənistanın gələcəyi yoxdur”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055987