Erməni siyasi siması Akop Arşakyandan pozitiv ifadələr: "Ermənistan, Türkiyə və Azərbaycan arasındakı gərgin münasibətlərdən başqa oyunçular sui-istifadə edirlər"

"Əziz həmvətənlər, əgər biz müharibəyə başlayacağıqsa, o zaman vuruşmalıyıq: Amma biz heç vaxt heç kimə nifrət etməməliyik". Bu ifadələri fevralın 9-da Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Daimi Komissiyasına sədr seçilməsi məsələsinin müzakirəsi zamanı “Vətəndaş sazişi” partiyasından parlamentin sədri Akop Arşakyan deyib.
Millət vəkilinin fikrincə, əgər münaqişədə iştirak varsa, bütün lazımi vasitələrdən istifadə edilməlidir. Eyni prinsip danışıqlar prosesi üçün də tətbiq olunur.
"Dünyada çoxlu müharibələr olub. Münaqişə tərəfləri bir-birinə qarşı kimyəvi silahdan istifadə ediblər. Tam şəhərlər sadəcə olaraq yer üzündən silinib. Kimyəvi silahların 15.000 insanın ölümünə səbəb olduğu hallar var. Onlar bütün şəhərin sakinləri olub. Hamısı ölüb. Lakin bu gün bu ölkələr danışıqlar masası arxasında oturub dialoq aparır. Onların dövlət maraqları var. Onların dövlət sərhədləri, dövlətçilik və milli maraqları var. Onlar qonşudurlar, ticarət edirlər”, deyə Arşakyan bildirib.
Araşakyan hər kəsin qəlbində gizlənən nifrətə son qoymağa çağırıb. Vitse-spiker əmindir ki, hər kəsə, eləcə də ona nifrət müəyyən bir ölkəyə və insanlara qarşı bir xəstəlikdir və ondan qurtulmaq lazımdır. «Bəzi siyasi qüvvələr və fiqurlar sizi nifrətə sövq edir. Niyə bunu edirlər? Bilməlisiniz ki, nifrət idarə etmək və əsarət altına almaq üçün ən yaxşı yoldur. Əgər nəyəsə və ya kiməsə nifrət edirsinizsə, deməli manipulyasiya olunursunuz. Sizi nifrətə sövq edən sizi kölə etmək istəyir. Onlar gözlərini yumub sizin nifrətinizdən başqa məqsədlər üçün istifadə etmək istəyirlər", deyə Arşakyan qonşularla münasibətlərin tezliklə yaxşılaşdırılmasının vacibliyini qeyd edib.
Onun sözlərinə görə, Ermənistan, Türkiyə və Azərbaycan arasındakı gərgin münasibətlərdən başqa oyunçular sui-istifadə edirlər. “Mən istəyirəm, cəmiyyətimiz bilsin ki, biz bu və ya digər ölkəyə münasibətdən, bu və ya digər tarixi dövrdə baş verənlərdən asılı olmayaraq hamı ilə danışacağıq. Bizə dialoq lazımdır, çünki bu, bizim maraqlarımıza uyğundur. Biz kiminsə alətinə, danışıqlar predmetinə çevrilməməliyik”, deyə o fikrini yekunlaşdırıb.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya