Saat:16:46
Haqqımızda

"Erməni separatçılarının növbət təxribata hazırlaşdıqlarını proqnozlaşdırmaq olar" - ELXAN ŞAHİNOĞLU

2022-01-21 11:36:00

"Onlar bu cür təxribatlarıyla Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərində əlavə gərginlik mənbəyi yaradırlar"

"Qarabağdakı erməni separatçıları Fransada prezidentliyə namizədi Azərbaycan sərhədini pozaraq Xankəndinə gətirməklə Bakı ilə Paris arasındakı münasibətləri daha da gərginləşdirdilər. Daha sonra Rusiya Dövlət Dumasının üzvü Xankəndinə gəldi və İlham Əliyev həmin deputatın üzvü olduğu hakim partiyanın rəhbəri keçmiş prezident və baş nazir Dmitri Medvedevə etiraz məktubu yazmaq məcburiyyətində qaldı". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, erməni separatçılarının növbət təxribata hazırlaşdıqlarını proqnozlaşdırmaq olar: "Erməni separatçıları dünyadakı erməni lobbisi ilə birgə “çalışaraq” xarici ölkələrdən birinin bir başqa deputatını və ya tanınmış şəxsini Xankəndiyə gətirməyə çalışa bilərlər. Erməni separatçıları bu təxribatlarıyla Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərində əlavə gərginlik mənbəyi yaradırlar. “Növbəti dəvət olunmayan qonağın” hansı ölkənin təmsilçisi üzərində düşünərkən ağlıma amerikalı konqresmen Frenk Pallone və Böyük Britaniyanın Lordlar Palatasının üzvü baronessa Kerolayn Koks gəlir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, nə qədər ki, bunlar sərhədimizi pozaraq Xankəndinə gəlməyiblər və Bakı-Vaşinqton, o cümlədən Bakı-London münasibətlərini gərginləşdirməyiblər, prezident İlham Əliyevin dediyi kimi, Laçın dəhlizində bir neçə şübhəli maşını yoxlamaq lazımdır ki, Azərbaycan ərazisinə dəvətsiz gəlməyi düşünənlər qanunsuz addımlarıyla ən azı geri qaytarıla biləcəklərini anlasınlar.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR