Saat:11:46
Haqqımızda

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyi" bağlandı

2025-03-29 13:45:07

Erməni separatçıların Rusiyadakı

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyinin" fəaliyyəti dayandırılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.

Bildirilir ki, 44 günlük müharibədən sonra da belə məlumatlar yayılmışdı, lakin sonradan təkzib edilmişdi.

Qeyd olunur ki, "nümayəndəlik" həqiqətən də o zaman fəaliyyətini davam etdirirdi, lakin bu yaxınlarda bağlanıb.

Diplomatik mənbələrə istinadla o da vurğulanır ki, separatçı rejimin ləğv edilməsindən sonra "nümayəndəliyin" funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə ötürülməsi təklif olunmuşdu.

"Lakin məlumatımıza görə, bu mövzu da indi bağlanıb", - deyə məlumatda bildirilir.

Oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.160020