Erməni sabiqdən həyəcan təbili: Nikol Paşinyan ölkəni dağıdıcı müharibəyə doğru aparır

2021-11-26 15:47:00

Erməni sabiqdən həyəcan təbili: Nikol Paşinyan ölkəni dağıdıcı müharibəyə doğru aparır

"Bu  hakimiyyət bizim xalqımıza yaddır və Ermənistan üçün nəsə faydalı iş görə bilməz", deyə  Ermənistanın sabiq baş naziri Vazqen Manukyan jurnalistlərlə söhbətində ifadə işlədib.
«Azərbaycan və Türkiyənin iştahası isə müntəzəm olaraq artır. Onlar görürlər ki, qarşılarında iradəsiz və gücsüz hakimiyyət var, buna görə də daim nəsə tələb irəli sürəcəklər", Manukyan deyir. 
O qeyd edir ki, Cənubi Qafqazda və Ermənistanın sərhədlərindəki situasiya sabit deyil. "Bu əvvəl-axır müharibəyə gətirəcək. Daim sülh barədə danışaraq Nikol Paşinyan ölkəni dağıdıcı müharibəyə doğru aparır", deyə Manukyan sözlərini yekunlaşdırıb. 

Ülviyyə, Hurriyyet.az