Erməni rəsmisi: Biz İrana Ermənistanın ərazi bütövlüyü və milli suverenliyinin dəstəklənməsi ilə bağlı prinsipial mövqeyinə görə təşəkkür edirik

2022-06-09 13:01:00

Erməni rəsmisi: Biz İrana Ermənistanın ərazi bütövlüyü və milli suverenliyinin dəstəklənməsi ilə bağlı prinsipial mövqeyinə görə təşəkkür edirik

KTMT-nin Parlament Assambleyasının İrəvanda keçirilən iclasında iştirak edən İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini və onu müşayiət edən nümayəndə heyəti Ermənistan xarici işlər nazirinin müavini Manatsakan Safaryan ilə görüşüb.
“Melatebidar” saytının xəbərinə görə, görüşdə İran parlamentinin rəsmisi iki ölkə arasında siyasi, parlament, iqtisadi və mədəni sahələrdə əlaqələri müsbət qiymətləndirərək deyib: “İki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi mövcud imkanlara uyğun deyil və əməkdaşlığın və əlaqələrin inkişafı üçün yeni yol xəritəsi hazırlanmalıdır”.
Onun sözlərinə görə, iki ölkə arasında Qara Dənizi Fars Körfəzi ilə birləşdirən Cənub-Şimal dəhlizinin yaradılması planı regionun iqtisadi inkişafı prosesində çox səmərəli olacaq.
Öz növbəsində Ermənistanın İranla münasibətlərinin artan tendensiyasına toxunan Ermənistan xarici işlər nazirinin müavini Manatsakan Safaryan da qeyd edib: “Biz İran İslam Respublikasının Ermənistanın ərazi bütövlüyü və milli suverenliyinin dəstəklənməsi ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirir və İranın regional iştirakını konstruktiv və bütün region üçün sülh və sabitliyin qorunması naminə vacib hesab edirik”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya